Tezadlar.az təqdim edir:
QƏM ELƏMƏ, SARI ÇIÇƏK…
Vahid Əziz – 80
Qəm eləmə, sarı çiçək,
dərd gəlib ki, mən də solam,
bu dünyada axıradək
kim qaqlıb ki, mən də qalam?
Qarışdırdıq fəsilləri,
yandırdıq gözəl illəri,
məhəbbətin bəxtəvəri
kim olub ki, mən də olam?
Xəzəl oldu ləçəklərin,
Nazlısıydın çiçərlərin,
atıb-gedən yar xəbərin
kim alıb ki, mən də alam?
Soyuq olar həsrət yeli,
qəddar olar hicran seli,
bəxtindəki qızıl teli
kim çalıb ki, mən də çalam!?
Uyduq həyatın dadına,
baş aldadan muradına,
dilbilməzi eşq oduna
kim salıb ki, mən də salam…
10.09.2006.
Vahir ƏZİZ,
Xalq şairi


