Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 May 2026 / 15:00

“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici görüş

Qida Təhlükəsizliyi Agentliyinin “Sağlam məktəbli” layihəsi çərçivəsində Sabirabad rayonunun Qalağayın kənd tam orta məktəbində Saatlı və Sabirabad rayonlarının məktəb direktorları üçün maarifləndirici tədbir keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbirdə 86-dan çox məktəb direktoru iştirak edib. Agentliyin Mil-Muğan regional bölməsinin mütəxəssisləri tərəfindən iştirakçılara Agentliyin fəaliyyət istiqamətləri, qida təhlükəsizliyinin təmin olunması, eləcə də sağlam qidalanmanın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Sağlam qidalanma vərdişlərinin şagirdlərin fiziki və zehni inkişafında mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, düzgün qidalanma uşaqların enerji balansına, diqqət və yaddaş qabiliyyətinə, həmçinin dərs prosesində fəallığına müsbət təsir göstərir.

Daha sonra videoçarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda qida təhlükəsizliyi və sağlam qidalanma ilə bağlı maarifləndirici bukletlər təqdim olunub. Qida təhlükəsizliyi ilə bağlı hər hansı xoşagəlməz hallarla qarşılaşdıqda, Agentliyin “1003 – Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri diqqətə çatdırılıb.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!