Şamaxının “Kirovka”, Pirqulu, Çuxuryurd, Məlhəm kəndlərində işıqları niyə söndürüblər?

Oxunma sayı: 39
“Azərenerji” rəhbərliyinin diqqətinə: Şamaxının Kirovka, Pirqulu, Çuxuryurd və Dəmirçi kəndlərində axşamdan işıq yoxdur. Şikayətçi Ehtiram bəy deyir ki, hamı evində “KOMBİ” işlədir deyə, bu soyuqda donmamaq üçün məcburuq meşələrə hücum çəkək. Bu isə yolverilməzdir! Bölgədə bu yolla turizmin inkişafından da danışmağa dəyməz! Əhali də kiçik məmurların yaratdığı problemləri hökumətdə görür! İşığı yandırın!
Bəli, ilin- günün bu vaxtında hər gecə işıqları söndürmək heç bir ölçüyə sığmır!
Maraqlıdır ki, “Azərenerji”nin saytında qurumun şüarı belədir: “İşıqlı gələcəyə doğru!”. Əgər bu istirahət- bayram günlərində əhalinin işığı söndürülürsə, işıqlı gələcəyə necə getmək olar? Turizm bölgəsi olan Şamaxıya turistləri bu gecə qaranlığı və soyuğunda necə cəlb etmək olar?
ELÇİN
Xəbəri paylaş