Əsas məzmuna keç

Şimali Koreya Yapon dənizinə doğru naməlum raket atıb

Cənubi Koreya Şimali Koreyanın Yapon dənizinə (Şərq dənizi) doğru naməlum raket atdığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) açıqlamasında Pxenyanın ölkənin şərq sahillərindən Yapon dənizinə doğru naməlum raket buraxdığı bildirilir.

Məlumatda buraxılan obyektin təbiəti barədə ətraflı məlumat verilməyib.

Yaponiya Müdafiə Nazirliyinin açıqlamasında buraxılan obyektin ballistik raket ola biləcəyi irəli sürülüb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…