Azərbaycanın mədəniyyət beşiyi Şuşanın müasir simasında onun tarixi keçmişi, bu günü və gələcəyi rəmzləşib. Dövlət Qaçqınkom-dan tezadlar.az-a bildirilib ki, daimi sakinlərinin otuz iki ildən sonra geri qayıdışı sanki şəhərin üzünü güldürür, çöhrəsinə parlaq işıq saçır… Şuşa dirçəlir, abadlaşır və daha da gözəlləşir! “Ölkə Prezidentinin tapşırığı əsasında Şuşada genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, şəhər müasir infrastrukturla təmin olunur. Artıq Şuşada 376 ailə 1409 nəfər daimi məskunlaşıb və qayıdış prosesi mərhələli şəkildə davam edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində hazırlanmış və Şuşa şəhərinin gündüz və gecə görüntülərini əks etdirən videoçarx ictimaiyyətə təqdim edir”,- məlumatda deyilir.
Y.Məmmədli