Əsas məzmuna keç

TORNADO NƏTİCƏSİNDƏ ONLARLA İNSAN XƏSARƏT ALIB

Almaniyanın qərbindəki federal vilayətlərində baş verən tornado nəticəsində azı 30 nəfər xəsarət alıb.

Bu barədə Şimali Reyn-Vestfaliyanın Paderborn şəhər polisi bildirib.

Məlumata əsasən, hadisə nəticəsində 30-dan 40-a qədər insan əlverişsiz hava şəraitindən xəsarətlər alıb, onlardan 10-u ağır yaralanıb.

Paderbornun qərbində, Lippstadt şəhərində baş verən tornado şəhər boyu ağacları yıxıb, güclü külək səbəbindən evlərin damları uçub. Trirdə leysan yağışları küçələrin çaylara bənzəməyə başlamasına səbəb olub.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…