Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniyanın şərqindəki Görlitzdə tarixi binanın çökməsindən sonra dağıntılar altında qaldığı güman edilən 3 nəfərin axtarış və xilasetmə işləri davam edir.
Tezadlar.az CNN-ə istinadən xəbər verir ki, Almaniyanın şərqindəki Görlitzdə tətil kurort ərazisindəki tarixi mənzil binası çöküb.
Əraziyə axtarış və xilasetmə qrupları göndərilib. Qaz sızması ehtimalı səbəbindən qrupların ağır texnikadan istifadə etmədiyi və axtarışın əsasən əl ilə aparıldığı bildirilib.
Polis dağıntılar altında qaldığı güman edilən üç nəfərin “25 və 26 yaşlarında iki rumın qadın və Almaniya və Bolqarıstan vətəndaşlığına malik 47 yaşlı bir kişi” olduğunu açıqlayıb.
Açıqlamada əlavə edilib ki, “Xilasetmə əməliyyatları və itkin düşmüş şəxslərin axtarışı davam edir”. Hadisənin səbəbləri ilə bağlı araşdırmaların davam etdiyi də bildirilib.
“Bild”in məlumatına görə, hadisə ilk dəfə baş verəndə daha iki nəfərin itkin düşdüyü düşünülürdü, lakin məlum olub ki, bu şəxslər mənzillərinə girməzdən əvvəl gəzintiyə çıxmaq qərarına gəliblər və evdə olmayıblar.
E.ŞİRİNOV