Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Bu səhər başqa bir səhər idi. Zəfərimizin məkanında- Xocalıda Anım gününə tələsirdik. Nəfəs almamız üçün son nəfəslərini verən şəhidlərimizi yad edəcəyik… Düz 33 bundan öncə Xocalıdan qarlı- çovğunlu bir gecədə ayaqyalın, başıaçıq çıxanda ağlımıza gəlməzdi o vaxtlar körpə olan balalar böyüyəcək, bu torpaqları işğaldan azad edəcəklər.
Torpaqlarımızı qaytaran özləri qayıtmayan oğullar haqqınız ödənməz…
5 il bundan öncə, 2020-ci il sentyabrın 27- də günümüz müharibə xəbəri ilə açıldi. Sübh tezdən, saat 06-00 radələrində Vətən müharibəsi başlamışdı. Soyqrımı zamanı əlinə silah alaraq döyüşüb şəhid olan 3 əmim –Xocalı oğlu o vaxt yuxuma girmişdi. Üz –gözlərindən nur yağırdı. Bəlkə də onlara da agah olmuşdu torpaqlarımız işğaldan azad olunur.
XXX
Müharibə sözü çox vahiməli səslənir. Müharibə kədər göz yaşı, ölüm deməkdir… Bu günkü tədbirdə isə şəhidlərdəimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra isə Şəhid ailələrinə, qazilərə söz verildi. Onların çıxışları kövrək xatirələr üzərində notlanmışdı. Tədbirdə şəhidlərimizin qəbirləri ziyarət olunaraq üzərinə tər qərənfillər düzüldü.
Ruhları şad olsun! Xocalı azaddır!
Səriyyə MÜSLÜMQIZI,
XOCALI