Əsas məzmuna keç

Yanacaq tankerində baş verən yanğın nəticəsində 21 nəfər ölüb

Qahirənin qərbindəki Gizada neft məhsulları daşıyan tankerdə naməlum səbəbdən baş verən yanğın nəticəsində ilkin məlumatlara görə, 21 nəfər ölüb, 15 nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, Misir Səhiyyə Nazirliyinin yazılı açıqlamasında Gizanın Əl-Varraq ərazisindəki dairəvi yolun yuxarı hissəsində baş verən yanğınla bağlı məlumat verilib.

Məlumatda hadisə yerinə 39 təcili yardım maşınının göndərildiyi və ilkin məlumatlara görə, 21 nəfərin öldüyü, 15 nəfərin isə yaralandığı bildirilib.

Məlumatda yaralıların müalicə üçün müxtəlif xəstəxanalara aparıldığı, səhiyyə naziri Xalid Əbdül Qaffarın hadisələri yaxından izlədiyi və ərazidəki xəstəxanaların hazırlıq səviyyəsinin artırılması barədə göstəriş verdiyi qeyd edilib.

Baş nazirin ofisindən verilən açıqlamada Sosial Həmrəylik naziri Maya Morsinin yanğından sonra davam edən səyləri izlədiyi bildirilib.

Bildirilib ki, Mursi sosial müdafiə rəsmilərinə hadisə yerinə getmək və yanğından zərər çəkənlərə lazımi yardım və dəstək göstərmək üçün Giza Sosial Həmrəylik Müdirliyi və Misir Qızıl Aypara qrupları ilə əlaqələndirmə tapşırığı verib.

Bu arada, Misirin dövlət qəzeti “Əl-Əhram”ın məlumatına görə, mülki müdafiə qrupları yanğını nəzarət altına alıb.

Məlumatdan sonra əraziyə təhlükəsizlik qüvvələri göndərilib və yol polisi tıxacın qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün yolu nəqliyyatın hərəkəti üçün bağlayıb və onları alternativ yollara yönəldib.

Hakimiyyət orqanları hələlik yanğının səbəbi ilə bağlı heç bir məlumat yaymayıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…