Əsas məzmuna keç

YARDIMA NƏZARƏT ETMƏK ÜÇÜN ABŞ-IN TƏFTİŞİ UKRAYNAYA GEDİB

Ayrılan yardıma nəzarət etmək üçün Ukraynaya ABŞ təftişi gəlib.

Bu barədə Amerikanın Kiyevdəki səfiri Bridcet Brink X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Komissiyaya üç baş müfəttiş daxildir – Pentaqondan (Robert Storç), Dövlət Departamentindən (Diana Şou) və ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID, Pol Martin).

“Onların icraçılar, tərəfdaşlar və Ukrayna hökuməti ilə görüşləri ABŞ-ın Ukraynaya yardımına nəzarəti və cavabdehliyi gücləndirməyə kömək edəcək”, – Brink yazıb.

Yanvarın 12-də Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevə yardımın ayrılması mövzusunda ABŞ-ın İqtisadi Bərpa üzrə xüsusi nümayəndəsi Penni Pritzker ilə görüş keçirdiyini bildirib. Görüşdən sonra o, Kiyevdən korrupsiyanın kökünü kəsəcəyini gözlədiyini bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…