Əsas məzmuna keç

Yeni istirahət parkı salınacaq…

Ağcabədi şəhərində yeni istirahət parkı salınacaq.

Tezadlar.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, yeni park şəhərin 20 Yanvar küçəsində salınacaq.

Hazırda istirahət parkında görüləcək işlər üçün layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

Bu çərçivədə şəhərin parka gedən küçələrinə asfalt-beton çəkiləcək.

Ağcabədi Rayon İcra Hakimiyyəti layihə-smeta sənədlərinin hazırlanması işlərini “Az.Arxitektura” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

İcra Hakimiyyəti parkın salınması üçün sərf olunacaq vəsaitin həcmini açıqlamayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…