Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Malatyada baş verən 5,6 bal gücündə zəlzələ zamanı müəllimlərin görmə qabiliyyəti zəif olanlar üçün məktəbdən şagirdləri təhlükəsiz şəkildə təxliyə etdiyi anlar kameraya düşüb.
Tezadlar.az xəbər verir ki, səhər Malatyada baş verən 5,6 bal gücündə zəlzələ bütün şəhərdə çaxnaşmaya səbəb olub. Zəlzələ zamanı görmə qabiliyyəti zəif olanlar üçün məktəbdə təxliyə təqdirəlayiq hal alıb. Görüntülərdə məktəb rəhbərləri və müəllimlərin zəlzələ başlayan kimi şagirdləri binadan tez bir zamanda təxliyə etdikləri görünür. Ali Kuşçu Xüsusi Təhsil Tətbiqi Məktəbindən əqli və ortopedik əlilliyi olan şagird Sergen Savucu müəllimləri Gökhan Aydoğdu və Yunus Güngörü tərəfindən təhlükəsiz əraziyə aparıldığı anlar da kameraya düşüb. Şagirdlərin qısa müddətdə təhlükəsiz əraziyə təxliyə edildiyi görülüb.
Malatya valisi Seddar Yavuz zəlzələ zamanı göstərdikləri soyuqqanlılığa və koordinasiyaya görə müəllimləri təbrik edərək sosial media hesabında bildirib: “Zəlzələ zamanı Görmə Əlilləri Məktəbindəki müəllimlərimizin səyləri bir daha bizi “Müəllim belə olmalıdır” deməyə vadar etdi. Dəyərli müəllimlərimizə çox təşəkkür edirəm”.
E.ŞİRİNOV