Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan ”Azərbaycan Nəşriyyatı” MMC son 2 ildir ki zərərlə işləyir.
Tezadlar.az şirkətin hesabatına istinadən xəbər verir ki, nəşriyyatın 2025-ci ildə 1,9 milyon manat zərər etdiyi məlum olub.
Belə ki, 2025-c ildə nəşriyyatın əsas fəaliyyətlər üzrə gəliri 5 milyon 114 min manat olub. Bu əvvəlki ildən təxminən 100 min manat azdır. Gəlirlərin maya dəyəri – xərclər dəyişməyərək 1,8 milyon manat ətrafında qalıb.
2025-ci ildə nəşriyyatın ümumi mənfəəti 3 milyon 290 min manat təşkil edib, bir il əvvəl bu rəqəm 3,4 milyon manat olmuşdu.
Nəşriyyatın sair gəlirləri isə kəskin azalaraq 440 min manatdan 175 min manata düşüb. Kommersiya xərcləri və inzibati xərcləri demək olar ki, dəyişməyib – 115 min manat və 4 milyon 965 min manat.
Nəticədə «Azərbaycan Nəşriyyatı» 2025-ci ili 1 milyon 952 min manat zərərlə başa vurub.
Xatırladaq ki, nəşriyyat 2024-də də zərərlə işləyib, əvvəlki il zərərin həcmi 1 milyon 842 min manat olmuşdu. Yəni son bir ildə Nəşriyyatın zərəri 110 min manat artıb.
2025-ci ilin sonunda «Azərbaycan Nəşriyyatı»nın aktivləri 2 milyon manat azalaraq 31 milyon manatdan 29 milyon manata enib. Azalma uzunmüddətli aktivlərin hesabına baş verib.
Nəşriyyatın öhdəlikləri cüzidir – cəmi 800 min manat.
2025-ci ildə baş vermiş zərər nəticəsində «Azərbaycan Nəşriyyatı»nın kapitalı da təqribən 2 milyon manat azalaraq 30 milyon manatdan 28 milyon manata enib.
FED.az