Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyun 2026 / 18:29

AzQR ödənişləri 40 milyona yaxınlaşdı

Azərbaycanda Ani Ödənişlər Sistemi vasitəsi ilə həyata keçirilən AzQR ödənişlərin həcmi bu ay 40 milyona yaxınlaşıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda AzQR ödənişləri bankların və bir sıra fintech şirkətlərinin mobil tətbiqlərində istifadəyə verilib. Eyni zamanda, ölkədə fəaliyyət göstərən geniş POS-terminal şəbəkəsində də AzQR ödənişləri dəstəklənir. Həmçinin, AzQR ödənişləri biznes subyektləri üçün daha aşağı komissiya xərcləri və vəsaitlərin dərhal hesablaşması kimi üstünlüklər yaradır”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!