Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyun 2026 / 19:51

Zəhra Allahverdi dünya çempionu oldu

Zəhra Allahverdi İtaliyanın Montesilvano şəhərində keçirilən dünya çempionatında qazandığı nəticə ilə fəxr edir.

Tezadlar.az xəbər verir ki, şahmatçı bunu açıqlamasında deyib.

O, qarşılaşmaların böyük rəqabət şəraitində keçdiyini vurğulayıb:

“Rəqiblərim arasında beynəlxalq titula sahib olanlar da var idi. Buna baxmayaraq, çox yaxşı çıxış edərək birinci yeri tutdum. Buna görə çox sevinirəm. Qarşılaşmalar kifayət qədər həyəcanlı və böyük rəqabət şəraitində baş tutdu. Bununla belə, qalib olmağı bacardım. Qazandığım nəticə ilə fəxr edirəm”.

Qeyd edək ki, Z.Allahverdi XI turda Türkiyə şahmatçısı Tuana Abakla heç-heçə oynayıb. O, yekunda 9 xal toplayaraq mübarizə apardığı U-14 yaş qrupunda dünya çempionu olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!