Eyni sinfin 4 məzunu Bakı Ali Neft Məktəbinə qəbul olub.
Yasamal rayonu, 158 nömrəli tam orta məktəbin 11 “Ç” sinfinin məzunları Tunar Novruzlu, Məhəmməd Xəlilli, Halə Bayramlı və Məzahir Hüseynzadə BANM tələbəsi adını qazanıblar.
Bu barədə BANM-nin rektoru Elmar Qasımov siosial media hesabında məlumat paylaşıb.
Onların qəbul olduqları bal və ixtisaslar:
Tunar Novruzlu 690,7 balla İnformasiya təhlükəsizliyi, Məhəmməd Xəlilli 673,3 balla Kompüter mühəndisliyi,
Halə Bayramlı 668 ball Maliyyə, Məzahir Hüseynzadə 608 bal – Biznesin idarə edilməsi fakültələrinə qəbul olublar.
Rektor Elmar Qasımov BANM-ni seçən tələbələri təbrik edib:
“BANM tələbəsi adını qazanan 4 gənci də təbrik edir, uğurlar arzulayırıq!”
JASMİN







