Əsas məzmuna keç

SABİQ DEPUTAT ƏSABİL QASIMOVUN MTK-SI PREZİDENT ADMİNSTRASİYASINI DA BEZDİRİB- ARAŞDIRMA

KEÇƏK MƏTLƏBƏ: Azərbaycan Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 85 saylı qərarı ilə “Azər-Tikinti-Şirkəti» MMC-yə Bakı şəhər Nəsimi rayonunun Azadlıq prospekti, Sahib Zeynalov və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə köhnə yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada sökülməsi, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış tikintilərinə icazə verilmişdir. Amma xatırladaq ki, NK-nın bu qərarından əvvəl isə ölkə rəhbərliyinin bütün MMC və MTK-ların rəhbərlərinə, yerli İH başçılarına konkret tapşırığı bu olmuşdur ki, mülkü sökülən vətəndaşlardan şikayətlər gəlməsin, onlar incidilməsin, mülkiyyət hüquqları pozulmasın!

Təəssüf ki, Prezident İlham Əliyevin bu müdrik, ədalətli tövsiyyəsinə bir çox MTK-lar, eləcə də Sabiq deputat Əsabəli Qasımova məxsus “Azər-Tikinti» MTK şirkəti əməl etməyərək neçə illərdir mülkiyyətçilərə əməllicə problem yaşatmaqdadır. Bu barədə ötən araşdırma yazılarımızda bildirmişdik. Belə ki, bir tərəfdən sabiq deputat Əsabil Qasımov «Tovuz-Konyak» Evinin rəhbəri Naiq Məmmədhəsənovun ipotekada yüklü olan əmlakını ələ keçirməyə cəhddədir, digər tərəfdən də deputat Sevinc Fətəliyeva və həyat yoldaşına məxsus «Yelo-Bank»! Hətta iş o yerə çatıb ki, deputat S.Fətəliyeva iş üzrə məhkəmə araşdırması aparan hakimlərə belə təsir və təzyiq edir.

Bir misal: NK-nın məlum qərarına əsasən, mülkiyyətçilərlə razılaşaraq 21 dekabr 2018-ci il tarixində “Razılaşma” müqaviləsi bağlayaraq Azadlıq prospekti-40 və 42 ünvanlarındakı yaşayış binalarının sökülməsindən sonra həmin binaların yerində tikiləcək coxmərtəbəli yeni binadan 170 kv.m təmirli qeyri-yaşayış sahəsinin və 226 kv.m olan iki təmirli mənzilin açarlarının 24 ay müddətində təqdim edilməsi ilə bağlı Əsabil Qasımov mülkiyyətçilər qarşısında öhdəlik götürmüşdür. Həmin “Razılaşma” müqaviləsinin 2.1 maddəsinə əsasən, sözügedən əmlaklar (226m2+170 m2) Sahibkarlıq Fondundan dövlət dəstəyi ilə ayrılmış 2 (iki) milyon manat kreditin və 5 il ərzində ona hesablanmış 503 min manat faiz üçün ipoteka ilə yüklü olduğuna görə tərəflər razılığa gəlmişlər ki, Azadlıq prospekti-42 ünvandakı binanın 170 m2 sahəsinin altındakı zirzəmi mərtəbəsində mülkiyyətçiyə məxsus 70.7 m2 və 85 m2 əmlaklar satılır, əldə olunan vəsaitlə Əmanətlərin Sığortalanması Fondunun girovundan 10.03.2019-cu il tarixinədək azad edilsin, sonra söküntü işlərinə başlanılsın. ”Azər-Tikinti” MTK alqı-satqının mülkiyətçilərlə aparılması üçün sabiq deputat Əsabil Qasımovun sonradan baş tutan alqı-satqısından məlum olmuşdur ki, 85 m2  sahə elektron sistemdə yüklü göründüyündən yalnız 70.7m2 sahəsi olan əmlakın alqı-satqısı aparılmış, ona görə də tərəflər 85 m2 sahənin yüklülükdən çıxardıqdan sonra alqı-satqısının aparılacağına razılaşmışdır. Amma 85m2 obyekti yüklülükdən çıxarıb MTK-ya təqdim edənə qədər əmlak üzərində heç bir hüquqları olmadıqları halda, “Azər-Tikinti” MTK ilə sabiq deputatın təqdim etdiyi sevimli nümayəndəsi Əhmədova Könül Cabbar qızı ilə öz aralarında 19.02.2019-cu ildə saxta müqavilə tərtib edilmiş,  85 m2 sahə özbaşına sökülmüşdür.

IMG

Bundan sonra görün nə baş verib: sabiq deputata məxsus olan “Azər-Tikinti” MMC-nin İdarə Heyətinin sədri Mətin Rəfail oğlu Əmiraslanov olsa da, Əsabil Qarakişi oğlu Qasımov yaxın qohumu olan və bu məsələlərə heç bir aidiyyəti olmayan Könül  Əhmədova ilə birləşərək, hətta 85 m2 sahəli obyektin üzərində heç bir mülkiyyət hüquqları olmadığı bir halda, «Azərtikinti» MMC-nin icraçı direktoru Namiq Xuduş oğlu Umudovla notariusdan keçməyən saxta müqavilə tərtib etmişdir. Beləcə, «sənə güvəndiyim dağlar, sənə də qar yağarmış» məntiqi ilə çətin durumla qarşılaşan mülkiyyətçilər sözügedən 85m2 sahənin özbaşına uçurulması və kirayə haqqının ödənilməməsi ilə bağlı Nəsimi rayon Məhkəməsinə şikayət vermişlər. Qısa deyək ki, Nəsimi rayon Məhkəməsinin 01.06.2022-ci il tarixli №-2(006)-332/2022 saylı qətnaməsi ilə 170 m2 qeyri- yaşayış və 226 m2 yaşayış sahəsinin 2021-ci ilin oktyabr ayından 2022-ci ilin may ayına kimi ödənilməyən kirayə haqlarının, eləcə də ”Azər-Tikinti” MMC-nın heç bir mülkiyyət hüququ olmadan 85 m2 mülkün özbaşına uçurulması ilə bağlı dəymiş ziyanın əvəzi olaraq 394 min 342 manat, kirayə haqqının isə 14 400+9600 manat, səmi-24 min manat ödənilməsi barədə qərar vermişdir… Sonrakı məhkəmə prosesləri barədə də ötən yazıda ətraflı məlumat verildiyindən keçək Əsabil Qasımovla deputat Sevinc Fətəliyevanın başqa bir qanunsuz hərəkətlərinə.

Çox vacib bir məqam: məlum olur ki, sabiq deputat Əsabil Qasımovun himayəsində olan «Azərtikinti-şirkəti» MMC-nin məhkəmələrlə olan iş birliyi ortaya çıxıb. Belə ki, hüquqları kobud surətdə pozulmuş mülkiyyətçilər bu dəfə 85 m2 obyektin özbaşına uçurulması ilə bağlı polis və prokurorluq orqanlarına da şikayət etmişdir. Nəsimi rayon Polis İdarəsində aparılan istintaq araşdırmaları zamanı Könül Əhmədova ifadəsində bildirmişdir ki, onun adından mülkiyyətçilərə göndərilən “Təklif” və imza ona məxsus deyildir. Həmçinin təhqiqat zamanı Könül Əhmədovadan götürülən imza nümunələri üzrə xüsusi xəttşunaslıq ekspertizası təyin edilmiş, sübut olunmuşdur ki, həqiqətən də ”Təklifdəki” imza Əhmədova Könül Cabbar qızına məxsus deyildir, bu ekspert rəyi ilə də təsdiq edilmişdir… Və 04 avqust 2026-cı il tarixində Baş Prokuror Kamran Əliyev Nəsimi rayon Prokrorluğunda vətəndaş qəbulunda olarkən zərərçəkmiş-mülkiyyətçilərin iş üzrə ərizəsini qəbul edərkən Nəsimi rayon prokuroruna 85 m2 sahənin özbaşına söküntüsü ilə bağlı obyektiv araşdırma aparılması tapşırığını vermişdir… Nəsimi rayon Prokurorluğuişi obyektiv araşdıraraq, fakt üzrə AR CM-nin 186.3 və 320.1 və 320.2 maddələri ilə 85 m2 sahənin özbaşına uçurulmasına dair № 260070465 saylı cinayət işi başlamış, hazırda istintaq davam etdirilir. Bizə daxil olan məlumata görə, Əsabil Qasımov  Azərbaycan CM-nin üç maddəsi ilə istintaq edilən bu iş üzrə prokurorluğa dəvət edilmişdir və s.

Əsabil Qasımovun tikinti şirkətlərinin adı ən çox şikayət edilənlər sırasında…

«Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, icazə almadan, vətəndaşla razılaşdırmadan  tikintiyə, söküntüyə başlayırlar. Onları dayandıracaq qurum da yoxdur”. Bu sözləri Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev səsləndirib Deputat bildirib ki, tikinti şirkətlərinin rəhbərlərinin gözlərini pul elə tutub ki, Allahdan belə qorxmurlar: “Anlamırlar ki, Allah bir gün onlara qan qusduracaq. Partiyada müavinim Elçin Mirzəbəylinin həyat yoldaşının, baldızının adına olan evi heç bir kompensasiya ödəmədən gəlib söküblər. Mən bilirəm ki, bu, Ombudsmanın gücü çatacaq məsələ deyil, amma soruşmaq istəyirəm, siz nə təklif edirsiniz? Milli Məclisin məsuliyyəti nə qədərdir? Biz nə edək ki, bu vəziyyəti dəyişək?”.

Xatırladaq ki, Elçin Mirzəbəyli həmin vaxt baş verənlərlə bağlı prokurorluğa müraciət edib. O, ailəsinə məxsus mənzili sabiq deputat Əsabil Qasımovun qanunsuz sökdürdüyünü bildirib: “Bu şəkillərdə gördüyünüz mənzərə sabiq deputat Əsabil Qasımova məxsus “Pilot-16″ şirkətinin Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi-134 ünvanında yerləşən, ailə üzvlərimin və doğmalarımın payçı olduğu evdə törətdikləri əməllərin nümunəsidir. Hörmətli Baş prokuror Kamran Əliyevdən mülkiyyət hüquqlarımızın qorunmasına yardım göstərməsini xahiş edirəm”.

Qeyd edək ki, Elçin Mirzəbəyli hazırda deputatdır və sabiq deputat Əsabil Qasımovun qanunsuz əməllərindən ziyan çəkəndir.

sevinc

Budur, faktı heç uzaqda axtarmayaq: son illər Prezident Administrasiyasına müxtəlif məsələlərlə bağlı şikayətlər daxil olmaqdadır, bunların bir çoxu MTK-larla bağlıdır. Çünki vətəndaşların mülkiyyət hüquqları müntəzəm olaraq, az qala hər gün pozulur. Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov da elə bu barədə açıqlama verib. Onun sözlərinə görə, mövzular üzrə təhlil göstərir ki, hüquq-mühafizə və məhkəmə orqanlarının, həmçinin vəzifəli şəxslərin fəaliyyəti, bank əməliyyatları, kreditlərin verilməsi, əmək mübahisələri(daha çox MTK-ların söküntü işləri)və s. üstünlük təşkil edir. Sitat: «…İl ərzində 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, tikinti işlərinin vaxtında yekunlaşdırılmamasından, bəzi şirkətlərin mənzilləri iki və daha artıq şəxsə satmasından, kompensasiya verilmədən söküntü işlərinə başlanılmasından və ya kompensasiyaların az olmasından, təsdiq edilmiş layihədən kənara çıxılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən, yaşayış komplekslərinin idarə edilməsindəki bəzi çatışmazlıqlardan, aldıqları mənzillərin başqalarına satılmasından şikayət edilir. Bunlardan “Birlik-İnşaat”, “Murad M.S.”, “İnteks”, “Grand Plaza”, “Araz-2011A”, “Pearl Construction”, “Fədək”, “MVVL Verus Praedium”, “Azər-Tikinti-şirkəti” MTK, “NV Construction”, “Malibo”, “Draft Construction”, “Pilot-1”, “RÜR”, “Avro Qrand”, “Abşeron LTD-2013”, “Pilot İnşaat A”, “Qafqaz-A”,  “İlkin N”, “Qaya Qala”, ”Rifah Plaza”, “RNQ Qroup”, “Poleks”, “Sweet House”, “Memar Group”, “Hayan-E”, “Dərəçiçək”, “Narm”, “Karat”, “Xəzər İnşaat”, “Hermes-S” “Servis”, “Mahal”,  “Yeni Yasamal”, “Yüksəliş-C”, “Avanqard İnşaat”, “FF”-2011, “Abidə”, “Gözəl Bakı”,  “Star-M”,  “Müasir Arena”, “Home Paş Prestij”, “Kristal Abşeron”, “İlin Dörd Fəsli”, “Olimp”, “Şakir”, “AAAF Park”, “İnvest-2016”, “Məkan”, “Bulaq-2”, “Pilot-16”, “Xudafərin”, digər MMC və MTK-lar barədə şikayətlər daha çox olub…».

Göründüyü kimi, qanun pozuntularını qanunlara səs vermişlər edir: bir tərəfdə bəzi məhkəmə hakimləri, o biri tərəfdə «Yelo-Bank» və onun arxasında dayanan deputat Sevinc Fətəliyeva, digər tərəfdə də hüquqları sabiq deputat Əsabil Qasımov tərəfindən pozulan deputat Elçin Mirzəbəyli!

Niyə bu cür hallar baş verməlidir? Elə belələrinin sayəsində deyilmi ki, bu gün hicabı bəhanə edən bəzi vətəndaşlar hirsini sosial media üzərindən püskürür!

«Təzadlar»ın Araşdırma Qrupu

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…