Əsas məzmuna keç

Sorğu: Britaniyalıların yarısı heç bir halda Britaniya uğrunda vuruşmayacaqlarını deyir

Böyük Britaniyada aparılan sorğuya görə, iştirakçıların təxminən yarısı heç bir halda silahlanmayacaqlarını və Britaniya uğrunda müharibədə iştirak etməyəcəklərini bildirib, 51 faizi isə hücum halında ordunun ölkəni qoruya biləcəyinə inanıb.

Tezadlar.az xəbər verir ki, İpsos tədqiqat şirkəti tərəfindən Böyük Britaniyada 29 sentyabr – 1 oktyabr tarixləri arasında 1090 britaniyalı ilə aparılan “Müdafiə Sorğusu”nun nəticələrinə görə, iştirakçıların 48 faizi heç bir halda silahlanmayacaqlarını və Britaniya uğrunda müharibədə iştirak etməyəcəklərini bildirib.

Böyük Britaniya uğrunda vuruşmayacaqlarını deyənlər arasında 35-54 yaş qrupu fərqlənib. Bu yaş qrupunda vuruşmayacaqlarını deyənlərin faizi 54 faiz, 18-34 yaş qrupunda isə bu nisbət 45 faiz olub.

Böyük Britaniya uğrunda vuruşacaqlarını deyənlərin faizi ötən illə müqayisədə 1 bal artaraq 36 faizə çatıb.

Britaniya uğrunda vuruşmayacaqlarını deyən kişi iştirakçıların faizi 40 faiz təşkil etsə də, qadın iştirakçıların 56 faizi müharibə halında silahlanmayacağını bildirib.

Qadınların 25%-i və kişilərin 48%-i Britaniya uğrunda vuruşacaqlarını bildirib.

Müharibədə iştirak etməyəcəklərini deyən qrupa gəldikdə isə, hakim Leyborist Partiyası və ifrat sağçı Böyük Britaniya İslahat Partiyasının seçiciləri diqqət çəkib. Leyborist seçicilərinin 48%-i İngiltərə uğrunda vuruşmayacaqlarını, ardınca Böyük Britaniya İslahatçı seçicilərinin 45%-i gəlir.

51%-i ordunun İngiltərəni qoruya biləcəyinə inanır

Respondentlərdən Britaniya ordusuna olan etibarları barədə də soruşulub. İştirakçıların 73%-i ordunun ölkə daxilində baş verən təbii fəlakətlərə cavab vermək qabiliyyətinə etibar etdiklərini, yalnız 51%-i isə hücum halında ordunun ölkəni müdafiə edə biləcəyinə inandıqlarını bildirib.

İştirakçıların 35%-i keçmiş hərbçiləri dəstəkləməkdə Britaniya ordusuna etibar etdiklərini bildirib.

Ordunun ümumi vəziyyətinə gəldikdə, iştirakçıların 29%-i onun yaxşı vəziyyətdə olduğunu, pis vəziyyətdə olduğunu deyənlərin faizi isə ötən illə müqayisədə 7 bal artaraq 36%-ə çatdığını bildirib.

İştirakçıların 51%-i hökumətin müdafiə xərclərini artırmalı olduğunu iddia edib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…