26 Mart 2025 / 09:01

Rusiyanın iki regionu və Qara dəniz üzərində 9 PUA vurulub

Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemi səmada Rusiya Federasiyasının iki regionu, eləcə də Qara dəniz üzərində ukraynalı hərbçilərinin doqquz pilotsuz təyyarəsini vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus doqquz pilotsuz uçuş aparatını məhv edib”, – bəyanatda deyilir.

Belə ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus 5 pilotsuz uçuş aparatı Belqorod vilayəti səmasında Ukraynaya məxsus iki pilotsuz uçan aparat Kursk vilayəti və Qara dəniz üzərində məhv edilib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!