3 Aprel 2025 / 10:15

Ukrayna silahlı qüvvələrinə sponsorluq edən rusiyalı qadın saxlanılıb

Ukrayna silahlılarına zirehli texnika və sursat almaq üçün pul köçürən Rusiya vətəndaşı Xerson vilayətində saxlanılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya FTX məlumat yayıb.

“Vətənə xəyanətdə iştirak edən Rusiya vətəndaşının Ukrayna silahlı qüvvələrinə maddi yardım göstərilməsi şəklində qanunsuz fəaliyyətinə son qoyulub”, – deyə departament əlavə edib.

FTX aydınlaşdırıb ki, cinayətkar ukraynalı millətçilərin zirehli texnika, sursat, avadanlıq və dərman ala bilməsi üçün şəxsi vəsaiti köçürüb.

Ona qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

ELBAR

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!