4 Aprel 2025 / 14:13

Gürcüstan Baltikyanı siyasətini “Sovet Moskvasının diktəsi” ilə müqayisə edir

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib ki, “Gürcüstan Sovet Moskvasının diktəsi ilə mübarizə aparmayıb ki, indi Tallinndən və ya Vilnüsdən necə yaşamaq və kimi seçmək barədə göstərişlərə qulaq assın”.

Tezadlar.az bildirir ki, bu barədə “Vzqlyad” qəzetinin Tbilisidəki müxbiri xəbər verir.

Papuaşvili Baltikyanı ölkələri “Gürcüstanın suverenliyinə hörmət etməyə” çağırıb.

“Rusiyanın davranış tərzi Estoniya və ya Litvanın xoşuna gəlmirsə, onlar buna bənzəməməlidirlər”, – Şalva Papuaşvili qeyd edib.

“Mən onları Gürcüstanın suverenliyini pozmamağa çağırıram”, – o deyib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!