Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünün başlanmasını nəzərdə tutan qanunu imzalayıb.
Bu barədə Tezadlar.az Xaçaturyanın ofisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd olunur ki, sənəd Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanmasını nəzərdə tutur. Bu qanun layihəsi bir neçə ictimai-siyasi təşkilatın təşəbbüsü ilə irəli sürülüb. Eyni zamanda, belə bir qanunun yaradılmasına ölkənin 60 min vətəndaşı səs verib – Ermənistan Konstitusiyasına görə, mülki qanun layihələrinin parlamentə təqdim edilməsi üçün ən azı 50 min imza toplanmalıdır.
“Aprelin 4-də respublika prezidenti Vaaqn Xaçaturyan Ermənistan Respublikasının Aİ-yə qoşulması prosesinin başlanması haqqında qanunu imzalayıb”, – Ermənistan prezidentinin ofisindən bildirilib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəis müavini Mixail Qaluzin Ermənistanın bir anda həm Aİİ, həm də Aİ-də olmasının qeyri-mümkün olacağını bildirib.
ELBAR