Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yaponiyanın Tiba prefekturasının Funabaşi şəhərində avtomobil xəstəxananın əsas girişinə çırpılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
Qəza zamanı xəstəxananın girişində insanlar olub; onları maşın vurub. Hadisə yerindən olan görüntülərə görə, avtomobilin tibb müəssisəsinə dəyməsi nəticəsində qapılar sınmış, şüşə qırıntıları hər yerə səpələnmişdir.
“Sürücünün özündən başqa beş nəfər yaralanıb”, – telekanal xəbər verir.
Avtomobili 80 yaşlı kişi idarə etdiyi məlum olub. Qəzanın səbəbləri araşdırılır. Bütün zərərçəkənlərə tibbi yardım göstərilir.
ELBAR