Əsas məzmuna keç

RUSİYA DANIŞIQLARDAN İMTİNA ETDİ

Rusiya Yaponiya ilə sülh müqaviləsi ilə bağlı danışıqlardan imtina edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bundan başqa qeyd olunub ki, Moskva Cənubi Kuril adalarında müştərək təsərrüfat fəaliyyətlərinin yaradılması ilə bağlı Tokio ilə dialoqdan çıxır.

Yaponiya sanksiyalarına cavab olaraq Rusiya da yaponların Cənubi Kuril adalarına vizasız gediş-gəlişini dayandırır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…