10 Aprel 2022 / 19:41

KLİÇKO RUSLARIN “KİYEVİ 2 GÜNƏ ALIRIQ” ARZUSUNA ŞƏRH VERDİ

Kiyev şəhərinin meri Vitali Kliçko rus qoşunlarının yenidən paytaxtı ələ keçirməyə cəhd edəcəyini istisna etmir.

Tezadlar.az Kliçkonun Telegram-dakı statusunu təqdim edir: “Düşmənin Kiyevdən geri çəkilməsi onun paytaxtı ələ keçirmək istəyindən əl çəkməsi demək deyil. Ona görə də rusların “Kiyevi 2 günə almaq” üçün sonrakı cəhdini istisna etmək olmaz. Paytaxt isə müdafiəyə hazır olmaqda davam etməlidir”.

Kliçkonun və qardaşı Vladimir Kliçkonun iştirak etdiyi Amerikanın “ABC” telekanalında yayımlanan videoçıxışında bildiriblər. “Biz Rusiya qoşunlarının geri dönərək Ukraynanın paytaxtına hücum edəcəyini gözləyirik”.

 Vladimir Kliçko bununla bərabər kiyevlilərin son nəfəsinədək mücadilə edəcəklərini və paytaxtı heç bir halda ruslara təslim etməyəcəklərini bildirib: “Biz mücadilə edirik, təcavüzkar torpaqlarımızdan qovulacaq!”

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!