Əsas məzmuna keç

Azərbaycanda doğum sayı azalıb: oğlan uşaqlarının sayı isə qızları keçib…

Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15971 doğulan körpə qeydə alınıb.

TEZADLAR.AZ   xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,7-yə düşüb.

Rəsmi məlumata görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,8 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,2 faiz olub. Körpələrdən 570-i əkiz, 33-ü üçəm doğulub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…