Əsas məzmuna keç

“Çiçəklənən Ermənistan”ın işığı söndürülür-SƏBƏB

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb. Ermənistan mediasının xəbərinə görə, bu barədə İstintaq Komitəsindən bildirilib. Məlumata görə, ittihamlar 2,5 milyon dolların qəsb edilməsi və çirkli pulların yuyulması ilə əlaqəlidir. Qeyd edək ki, Qaqik Tsarukyan iyulun 7-də iki ay müddətinə həbs edilib. Ona xüsusilə külli miqdarda dələduzluğa köməklik və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (pul yuyulması) ittihamları irəli sürülüb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…