Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Canlı doğulmaq və yaşamaq yüz milyardlarla ulduzları olan qalaktikalardan daha üstün və xoşbəxt olmaq deməkdir. İndi ki, siz varsız, sadəcə olaraq, düşünməkdən, dərin bir kəlamı və ya əsəri oxuyub anlamaqdan, gözəl bir musiqidən zövq almaqdan uzaq olmayın”.
Əlisa Nicat, yazıçı, filosof
…Əlisa Nicat bu iki cümlədə insanın var olmağının əvəzsiz fürsət olduğunu, üstünlüyünü, xoşbəxtliyini və bu həyatı necə dolğun yaşamalı olduğini vurğulayır. Bu fikrin məna dərinliyi açun, yəni dünya qədər sonsuzdur. Bu ölçülərdən uzaq yaşamaq gərəksizdir, mənasızdır, ağılsız canlıların həyatına uyğundur. Əlisa öyrətmənin, müəllimin ən dəyərli xidmətlərindən biri də onun hər şeyi sorğulamaqla oxucunu düşündürməsidir, özü kimi sorğulayan, düşünən adam yetişdirməsidir. Məncə, aydının, ziyalının ən böyük missiyası da elə budur. Onun çalışqanlığı heyrətamizdir adam 50 dən artıq bitik, (cild) kitab yazıb, hələ də işləyir, arayır, axtarır, aşkarladığı bilgilərin xasını millətin malı edir. Ən qiymətli tarixi faktları üzə çıxarmaqla Azərbaycan Respublikası Elmlər Akademiyasının Tarix institutunun, dünya filosoflarının toplusunu hazırlamaqla Azərbaycan Respublikası Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun işini tək canı ilə görür. Bu mənada dostum, tanınmış iqtisadçı Şapur Qasimi haqlı olaraq Əlisa Nicatı Azərbaycanın Heraklı adlandırır.
Bu gərgin həyatımızda 90 dək yaşamaq özü bir hünərdir. Özünün hədəflədiyi azı 100 yaşaqmaqdır, ancaq biz dostları daha çox istəyirik… Əziz Əlisa öyrətmən, müəllim sənə can sağlığı, uzun, yaradıcı ömür arzulayırıq.
Məmmədxan Əzizxanlı,
hüquqçu, keçmiş prokuror,
əmək veteranı.