Əsas məzmuna keç

GüRCüSTANDA TOYLARLA BAğLı MöVCUD QAYDA QüVVəDə SAXLANıLDı

Gürcüstanda toylarla bağlı tətbiq edilən məhdudiyyət qüvvədə saxlanılıb.

“Təzadlar” Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Koordinasiya Şurası bu gün qərar verib. Qərara əsasən, toyların keçirilməsi yenə də qadağan olunur, lakin Ədliyyə Evlərinin Nikah zallarında 10 nəfərlə nikah qeydiyyatı mərasimi keçirmək mümkündür. Xatırladaq ki, Koordinasiya Şurasının bu gün verdiyi qərara əsasən, 1 iyuldan etibarən komendant saatı götürülür, 22 iyundan etibarən isə açıq məkanalarda tibbi maskaların taxılması məcburiyyəti aradan qaldırılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…