Tarix boyu Azərbaycan xalqı çətin dövrlərdən keçmişdir. Ölkəmiz müxtəlif dövrlərdə qonşular tərəfindən hücuma məruz qalmiş və torpaqlarımız işğal olunmuşdur. Rusiya imperiyası dövründə Qarabağda artıq erməniləşdirmə siyasəti aparılmış, azərbaycanlılar müxtəlif ərazilərə sürgün edilmişdir. 1988-1994-cü illər ərzində – Birinci Qarabağ müharibəsi dövründə xalqımız on bir mindən çox şəhid vermiş, bir milyondan çox soydaşımız öz doğma torpaqlarından didərgin salınmışdır.
Dağlıq Qarabağ və ətraf yeddi rayon Ermənistan tərəfindən işğal olunmuşdur. Bu çətin dövrdə xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdi. Ulu Öndərin hakimiyyəti dövründə müstəqilliyimiz möhkəmləndi və bir sıra beynəlxalq qurumlara üzv olunmuş respublikamız bir çox sahədə inkişaf dövrünə keçmişdir.
İlham Əliyevin hakimiyyətə gəldiyi zaman qarşısında duran ən ümdə vəzifə Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması idi. ATƏT-in Minsk Qrupu başda olmaqla digər bir sıra beynəlxalq qurumların ciddi iş görməməsi, Ermənistanın tez-tez təxribatlar törətməsi Vətən müharibəsinin başlanmasına gətirib çıxartdı. Prezident İlham Əliyev hakimiyyətinin ilk vaxtlarından hərbi gücün möhkəmlənməsi üçün bir çox sahədə dəyişikliklər etdi. Cənab Prezidentin məqsədyönlü siyasəti nəticəsində ordumuz daha güclü və müasir texnologiyaya sahib oldu, hərbi sənaye hesabına Azərbaycanda mindən çox hərbi təyinatlı məhsullar istehsal edilməyə başlandı. Yaxın ölkələrlə hərbi sahədə əməkdaşlıq həyata keşirildi, birgə təlimlər və tədbirlər gerçəkləşdi.
Uzun illər münaqişənin sülh yolu ilə həll etmək üçün danışıqlar aparılırdı. Amma çox təəssüf ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi yalnız kağız üzərində qalmışdır. Artıq səbir kasası dolmuşdur. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobudcasına pozaraq, Azərbaycan silahlı qüvvələrinin cəbhə xətti boyunca yerləşən mövqelərini, həmçinin Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və artilleriyadan istifadə edərək intensiv şəkildə atəşə tutmaqla Azərbaycana qarşı yeni bir təcavüz aktına başlamışdır. Hücum Azərbaycanın mülki əhalisi və hərbi qulluqçuları arasında itkilərə səbəb olmuşdur. Çoxsaylı evlərə və digər mülki infrastruktura ciddi ziyan vurulmuşdur.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Azərbaycan xalqının illərlə gözlədiyi “İrəli!” əmrini verdi. Nəticədə, cəbhə xətti boyunca əks-hücum əməliyyatına başlanıldı. Döyüşlərin başladığı andan etibarən xalqımız həyəcan içində cənab İlham Əliyevin çıxışlarını gözləyirdi. Kiçikdən-böyüyə hamı işğaldan azad olunmuş rayonlarımızın, kəndlərimizin adını eşidib sevinc göz yaşları tökürdü. Xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşib, dəmir yumruq kimi bir olaraq, həm ordumuzun, həm də xalqımızın gücünü, eyni zamanda cənab İlham Əliyevə olan inancını bütün dünyaya göstərdi. 44 gün ərzində Azərbaycan torpaqları işğaldan azad edildi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərinin məntiqi yekunu isə Xankəndidə Dövlət Bayrağımızın dalğalanması oldu.
Bütün bunlar ilk növbədə möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illər ərzində apardığı uğurlu siyasət və həyata keçirdiyi işlər nəticəsində mümkün oldu. Artıq Azərbaycanın amalı, niyyəti daha səmərəli, faydalı işlər görməyə yönəlib. Ötən illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tutdu. Qarabağ və Şərqi Zəngəzurda gözəlliklər yaratmaq, bərpa-quruculuq işləri həyata keçirmək, dünyaya sülh, rifah və təhlükəsizliyi üçün çalışmaq əsas meyardır. Ulu Öndərin və Qarabağın azadlığı uğrunda canını əsirgəməyə şəhidlərimizin ruhu şaddır!
Dövlətləri dünyaya tanıdan onların mədəniyyəti, təbii sərvətləri ilə yanaşı, dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərdən biri də tarixə adı “Tarix Yazan Sərkərdə” kimi yazılan cənab Ali Baş Komandanımız İlham Əliyevdir. Dövlət başçımız müsahibələrində Azərbaycan həqiqətlərini, tarixi ədaləti bərpa etməyimizi vətənpərvərlik və diplomatik peşəkarlıqla bəyan edirdi. O, düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə çökdürdü. Hərtərəfli məlumata sahib olan prezidentimiz xarıci jurnalistlərlə olan müsahibələrilə də dünyaya səs saldı. Azərbaycan xalqı olaraq bu müsahibələri dinlədikcə, belə bir dövlət başçımızın olması ilə daha çox qürur duyuruq. Cənab Prezident yorulmadan bütün döyüş əməliyyatlarına başçılıq etməklə bərabər, həm xarici mediaya verdiyi müsahibələri, həm də mövcud vəziyyəti olduğu kimi xalqımıza çatdırmaqla böyük bir uğura imza atdı. Prezidentimiz sözün əsl mənasında, xalq, ordu, dövlət birliyi ilə Azərbaycan adlı güclü bir ailə yaratdı. Xalqa müraciətlərində işlətdiyi cümlələr hələ uzun illər dillərdən düşməyəcək. Onun ürəyimizin səsini dilə gətirən hər müraciəti yaddaşlara həkk olundu. Bu müraciətləri ilə tarix yazdı. Tarixi zəfəri ilə öz adını təkcə ölkəmizin zəngin döyüş tarixinə deyil, dünyanın hərb tarixinə əbədi həkk etdirib. Bu baxımdan, Prezident İlham Əliyev tarix yazan və tarixə yazılan sərkərdədir.
Dövlət başçımızın sayəsində biz Qarabağımıza, doğma yurdlarımıza yenidən qovuşduq. O, tarixi ədaləti uğurla və qətiyyətlə bərpa etdi. Ali Baş Komandanımız dünyada az rast gəlinən nümunənin – ordu quruculuğunun ən mükəmməl modelinin müəllifidir. Dahi sərkərdəmiz tarixi ədaləti öz gücü və iradəsi ilə bərpa etdi, işğalçıya unuda bilməyəcəyi tarixi dərsi verdi. Cənab Ali Baş Komandanımız İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazandı! Prezidentimiz İlham Əliyev yeni əsrin lideri olaraq Azərbaycanımızı daim inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Müzəffər Azərbaycan Ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu. Şanlı ordumuz və Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağımız işğaldan azad olundu, 30 illik həsrət sona çatdı. Azərbaycan xalqının həmrəylik nümayiş etdirərək, cənab Ali Baş Komandanın ətrafında sıx birləşməsi bizə qələbəni gətirdi. Bu isə çox qürurvericidir.
Prezidentimiz İlham Əliyevin dediyi kimi: “Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”. Yəni günümüzün reallığı onu göstərir ki, Prezidentimizlə Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. Uzun illər bu tarixi danışıb qürur duyacağıq. Bu tarixi qələbəni bizə yaşadan, müjdələyən prezidentimizlə qürur duyuruq! Belə bir liderimiz olduğu üçün çox şanslıyıq. Bütün Azərbaycan xalqı olaraq hər zaman Qarabağımızı geri qaytardığı üçün prezidentimizə, Ali Baş Komandanımıza minnətdar olacağıq.
Cəmi 44 gün ərzində (27 sentyabr-10 noyabr) Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazıldı. 30 illik işğalı bitirmək üçün 44 gün yetdi. Azərbaycan bu zəfəri xalqla dövlətin sarsılmaz birliyi, “Dəmir yumruq” tək birləşməsi sayəsində qazandı. Azərbaycan əsgərinin rəşadəti, Ali Baş Komandanın qətiyyəti qarşısında düşmən diz çökdü. Bu qələbəni biz şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına qazandıq. Erməni işğalından azad olunmuş torpaqlarımızın hər qarışında şəhid qanı var. Bu tarixi zəfərə görə biz onlara borcluyuq. Qəhrəman şəhidlərimiz daim bizim qəlbimizdə yaşayacaq. Bu gün Azərbaycana Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev başçılıq edir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Azərbaycanın Respublikasının prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan dövlət xadimidir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.
“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”, – demişdir Ulu Öndərimiz Heydər Əliyev. Eyni zamanda Cənab Ali Baş komandan İlham Əliyevin dediyi kimi, “Dağlıq Qarabağ bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”. Prezident İlham Əliyev bu barədə 44 günlük Vətən müharibəsinin gedişində Almaniyanın ARD telekanalına müsahibəsində müxbirin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır” sualına cavabında demişdir.
Lakin düşmənin nəzər almadığı, ağlına belə gətirə bilmədiyi bir çox şeylər vardı. Azərbaycan türklərinin damarlarında axan qanın daha səbir edə bilməyib coşmasını, öz doğma yurd-yuvasından qundaqda ayrılmağa məcbur edilən, qovulan, didərgin salınan körpələrin bir gün tank belində, raketlərlə, dronlarla gəlib haqq-hesab soracağını, xalqımızın milli təəssübkeşliyini, ən əsası isə dünyada, bəlkə də, yalnız türklərə məxsus olan vətən sevgisini, torpaq sevgisini nəzərə almamışdılar. Çünki bu hiss düşmənin özündə yoxdur. Vətəni olmayan haradan bilsin ki, nədir vətənpərvərlik?!
Vətən nədir!? Torpaq sevgisi bu qədərmi güclü olur? Ermənilər bu suala dünyanın sonuna qədər cavab tapa bilməzlər. Bunu ancaq biz bilirik. Bunu Çanaqqalada şəhid olmuş türk oğulları bilirdi, bunu Azərbaycanın hər qarış torpağı uğrunda canını verməyə hazır olan Azərbaycan əsgərləri bilir. Bunu türkdən gözəl bilən, anlayan yoxdur, ola da bilməz!
Türklər heç vaxt qəsbkarlıq, kiminsə ərazilərini ələ keçirmək üçün vuruşmamışlar. “Hər şey vətən üçün”, – deyə müqəddəs savaşa qatılmışlar. Bu yaxınlarda eşitdim ki, bəzi tarixçilər deyirlər, müasir Azərbaycan tarixini yenidən yazmaq lazımdır. Mən bir az fərqli düşünürəm. Mən hesab edirəm ki, Azərbaycan tarixini yazmaq bu gün ən asan işdir. Çünki bu tarix artıq Azərbaycanın Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin uzaqgörən, ağıllı siyasəti, qəbul etdiyi qərarlarla, dünya ölkələrinin jurnalistlərinə verdiyi qeyri-adi, ağıllı cavabları ilə, Müzəffər Ordumuzun gənc həyatını torpaq uğrunda qurban verməyə hazır olan igid əsgərlərinin silahları, qanları ilə yazılır. Çünki bu tarixi dünən uşaq kimi baxdığımız, sözlərini ciddi hesab etmədiyimiz, birdən-birə böyüyən, kişiləşən uşaqlar yazır. Hər gün yeni səhifələr yazılır, zəfər xəbərli yeni səhifələr!
Hətta bunlar bir tərəfdə qalsın. Bu igidlər Babəki, Cavanşiri, Koroğlunu geridə qoydular. Onlar Azərbaycan adlı vətənin işğal altındakı torpaqlarını azad edən, cihada qoşulan müasir Mehdi Hüseynzadələrə, Həzi Aslanovlara, Gəray Əsədovlara, Qafur Məmmədovlara… döndülər. Kimdir onlar? Kimdir bu qəhrəmanlar? Azərbaycanın Milli Qəhrəmanı Həmid Şükürov, general Polad Həşimov, polkovnik Həmdəm Ağayev, polkovnik-leytenant Babək Ramaldanov, kapitan Həmid Cəfərli, Elgün Xıdırov, Azər Əliyev… və onlarla digər zabitlər, gizirlər, əsgərlər. Onların qanları ilə yazdıqları tarixi heç bir düzəliş etmədən kitablara köçürmək lazımdır. Qarşınızda baş əyirik, Azərbaycan əsgəri! Eyni zamanda, hesab edirik ki, yalnız Azərbaycanın tarixi deyil, ədəbiyyat, dil, coğrafiya və digər dərslikləri də yenidən yazılmalıdır. Özü də həqiqi vətənpərvər alimlər, müəllimlər tərəfindən. Belə olsa, daha körpələrimizin dərsliklərində erməni bayrağının rənglərini yox, Azərbaycanın müqəddəs üçrəngli bayrağını hər kitabın, hər səhifəsində görərik. Ədəbiyyat kitablarında vətən sevgisi ilə həyatı boyu mübarizə aparan, çarpışan, dünyasını dəyişən yazıçı və şairlərimizın, türk dünyasının sayılıb-seçilən oğullarının həyatı tədris edilər, gənclərimiz hələ orta məktəbdən milli ruhda tərbiyə alar, milli-mənəvi təfəkkürə sahiblənər… Nəticədə, bugünkündən daha vüqarlı, daha vətənpərvər, daha sağlam düşüncəli Azərbaycan gəncliyi yetişər. Lakin bu günə qədər nə yaxşı ki, erməni təbliğatının ölkəmizdə işləməsinə baxmayaraq, qəlbinin dərinliklərində vətən, torpaq sevgisini saxlayıb böyüdən analarımız, doğma yurd yerlərinin, ata-baba ocaqlarının həsrətini ürəklərində qoruyan babalarımız bu sevgini, doğma ocağın hərarətini övladlarına keçirə biliblər. Körpələrimizə vətən sevgisini aşılaya biliblər. Nəticə göz qabağındadır: 1) Heydər Əliyev: “Biz azadıq, biz müstəqilik, biz heç kəsdən asılı deyilik. Biz öz taleyimizin sahibiyik. Yalnız bunun üçün aylarla, illərlə əziyyət çəkmək olar. Bunu indi əlimizdə saxlamaq, qorumaq lazımdır. Bilin, Azərbaycanın müstəqilliyini əlimizdə saxlamaq, qorumaq hər bir insanın canından artıqdır. Mənim üçün isə Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq və əbədi etmək öz həyatımdan, öz canımdan artıqdır!” 2) Ali Baş Komandan İlham Əliyev: “Azərbaycan xalqının qanı yerdə qalmır. Xocalı soyqırımını törədən cinayətkarları məhv edirik!” 3) Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin dünya siyasətinin aparıcı simalarından biri, Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri olması dünya miqyasında qəbul edilir.
Səma TAĞIZADƏ,
Bakı şəhəri 212 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi