Son günlər yenidən jurnalistlər üçün tikilmiş 3-cü binadakı mənzillər müzakirə mövzusudur...

Jurnalistlərə mənzil verilməsindən çox danışırıq... Ələkdən keçirəndə hansı xidmətə görə, sual yaranır... Hansısa bir sayt açan "jurnalistəm" deyir. Media Agentliyinin reyestri təsdiqlənəndən sonra mənzərə aydın olacaq... Xudu Məmmədovun sözü olmasın, bəzən özümə jurnalist deyəndə utanıram. Niyə? Səbəbi çoxdur... Baxmayaraq ki, əmək kitabçasında 40 ilə yaxındır baş redaktor yazılıb, yaxşı-pis, 8 kitabın müəllifiyəm... 44 günlük müharibə zamanında Türkiyə mediasında 30-dan çox xəbərim TRTAJANS xətti ilə yayımlandı, trtajans.com saytı Şuşa yazıma görə Almaniyada ermənilər tərəfindən məhkəməyə verildi və s. Avstraliya Parlamentinə göndərdiyim sənəd və sübutlar (8 oktyabr 2020) əsasında bu ölkənin parlamentinin "DQR"ı tanıma qərarı dayandırıldı (Bax: AzərTAC-ın 6 oktyabr xəbər buraxılışı) və s. Və 1-ci və 2-ci binalarda mənzil pay-püşt ediləndə Ramiz Mehdiyevə yazdım ki, mənə haqq olan mənzili Məzahir Süleymanzadəyə, Rafiq Abbasova və Hidayət Elvüsala verin... Məzahir müəllim, Rafiq müəllim evsizlikdən çərləyib dünyasını dəyişdi... İndi hansı kriteriyalarla mənzil iddiasına düşəsən??? Nə isə...

Asif MƏRZİLİ

P.S.Utanıram deməyə, həm də Azərbaycandan yeganə jurnalistəm ki, Avropa Mətbuat Federasiyasının üzvüyəm...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN