Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası intiharlardan yazan KİV-lərə xəbərdarlıq etdi. Problemi olan qazilərin bu yola əl atmasının günahkarı niyə də media olmalıdır? Bəli, intihar həddinə çatdırılmış qazini bu yoldan çəkindirmək, ona problemində kömək etmək lazımdır, nəinki qızışdırıcı məlumatları, videoları yaymaq... Klassik fəlsəfədir ki, odun qarşısını almaq onu söndürməkdən min dəfə asandır... Amma bu məsələdə iki məsul tərəf var: rayonun başçısı və rayonun deputatı! Musa Qasımlıdan və Razi Nurullayevdən, bir də Qənirə Paşayevadan başqa qazi və şəhid ailələrinə baş çəkən deputatlara rast gəlmisiniz? Təvazökarlıqdan uzaq, ötən həftə "Təzadlar"ın əməkdaşları ilə birlikdə Biləsuvarda üç şəhid ailəsində olduq... Biri Orxan Əkbərovun ailəsi idi. Vətən Müharibəsi Qəhrəmanıdır. Onun ağlamaqdan özünü öldürən anası Sevil xanımla təsəlliverici söhbətlərimizdən sonra nə qədər yüngülləşdi. Dedim, demirdiniz oğlum Vətənə qurban olsun! Oğlunuz Vətənə qurban gedib də, indi nə istəyirsiniz?! Arzunuza çatdınız də, Sevil xanım! Torpağı Vətən etdi oğlunuz, bundan qürurlu, şərəfli nə ola bilər... Bax, Bakıdan oğlunuzun ünvanına-Sizə baş çəkməyə gəlmişik... 
Sonra şəhid Orxan Mirzəyevin atası Mehman müəllimgildə olduq... Nəhayət, Milli Qəhrəman Mübariz İbrahimovun qardaşı Bəhruz İbrahimovla görüşdük... 
***
Rayonunlarda 5 çağırışdır deputat olan millət vəkillərinin yaxasından tutun və problmin həllinə kömək etsinlər! Ağdamın iki deputatı var-Bəxtiyar Sadıqov və Bəxtiyar Əliyev. Sonuncu dəfə hansı şəhid ailəsinin evində olublar, hansı qazinin cibinə yüz manat qoyublar??? Varsa, desinlər... Ötən şənbə və bazar Ağdamda bir qazinin oğlunun toyunda oldum, birinin də anasının yas mərasimində... Sonda günahkar jurnalistlər olur...
Asif MƏRZİLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN