Rusiyanın Ukraynada davam edən mənasız və işğalçı müharibəsi dünyanın, xüsusən də Ukraynanın ərzaq təhlükəsizliyinə də təhdiddir....

Hansı ki, Ukraynanın ixraca hazır təqribən 10 milyard dollarlıq taxılı var, amma Rusiyanın məlum müharibəsi bu taxılın satışını əngəlləyir... Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, ötənilki taxıl məhsulunun 20 milyon tona yaxını ixrac ediləcək: “Bu ilki məhsul artıq yığılır və satıla bilər. Bunlar fermerlərin, bütün kənd təsərrüfatı sektorunun və dövlət büdcəsinin gəlirləridir. Bunlar işdir. Artıq anbarımızda təxminən 10 milyard dollarlıq taxıl var”. Zelenski deyib ki, taxıl ixracı üçün dəhlizin yaradılması ilə bağlı İstanbulda imzalanmış sazişin icrasına nəzarəti təmin etmək üçün BMT-yə etibar edib.

Beləliklə, Rusiyanın Ukraynanı işğal planının tərkib hissəsi olan ərzaq blokadası artıq yarılmaqdadır... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN