Qazaxıstanın dövlət başçısı Qasım-Jomart Tokayev İslam aləminin əsas ziyarətgahı olan

- Məkkə şəhərində Ümrə ziyarətində (kiçik həcc) olub.

Bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Prezident Qasım-Jomart Tokayev  müstəsna hallarda qapıları hörmətli qonaqlar üçün açıq olan Kəbəyə daxil olub.

Mətbuat xidməti qeyd edib ki, bu, Səudiyyə Ərəbistanı rəhbərliyinin Qazaxıstan rəhbərinə dərin hörmətli münasibətinin sübutudur.

***

Xatırladaq ki, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri olan  Məkkədə Ümrə ziyarətində olublar.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Əl-Həram məscidində olublar və müstəsna hallarda ali qonaqlar üçün açılan Kəbənin qapıları Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri üçün açılıb. 

Qeyd edək ki, Həzrəti Məhəmməd (s) bu torpaqda doğulub, peyğəmbərliyə çatıb, İslam dini Məkkədə yaranıb. Məkkədəki Allah evi Kəbə həzrəti Məhəmməd Peyğəmbərin (s) dövründən başlayaraq bütün dünya müsəlmanlarının ən müqəddəs ziyarətgahına çevrilib. Sonralar Kəbə və müqəddəs “Zəmzəm” çeşməsi, Səfa və Mərvə təpələri arasında əzəmətli məscid tikilib. Hər il həcc ziyarəti zamanı dünyanın müxtəlif guşələrindən gələn milyonlarla müsəlman Kəbənin ətrafına dolanır, müqəddəs Qara daşı öpür, məsciddə namaz qılır. 

Ayə və hədislərdən də bəlli olduğu kimi, Kəbə Yer üzündə insanlar üçün məbəd olaraq tikilən ilk evdir. Aləmlərə uğur, bərəkət və hidayət qaynağı olaraq qurulan Kəbə haqqında Allah-Təala “Qurani Kərim”in “Al İmran” surəsində belə buyurur: “Həqiqətən, insanlar üçün ilk bina olunan ev Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr, İbrahimin məqamı var”. Tarix boyu bir çox dəyişikliklərə məruz qalan Kəbə müxtəlif dövrlərdə qismən, ya da tamamilə yenidən inşa olunub və bugünkü möhtəşəmliyinə çatıb.

Allah ziyarət edənlərin ziyarətini qəbul etsin!

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN