Masallının icra başçısı Şahin Kərim oğlu Məmmədov vəzifəsindən azad edildi

Tezadlar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. 

Şahin Məmmədov 1959-cü ildə Bərdə şəhərində anadan olub. Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb. 1975–1983-cü illərdə "Azelektromontaj" idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib. 1983–1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib, 1992–1993-cü illərdə Maliyyə Nazirliyinin "Azəraudit" mərkəzinin Bərdə rayon şöbəsinin rəisi vəzifələrində çalışıb. 1993–1995-ci illərdə Bərdə rayon İcra Hakimiyyəti başcısının sosial-iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri işləyib. 1996–2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000–2004-cü illərdə isə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri olmuşdur. 17 aprel 2004-cü ildə Samux Rayon İcra Hakimiyyətinin başcısı, 26 dekabr 2005-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, 20 noyabr 2019-cu ildə isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. YAP Siyasi Şurasının üzvü olmuşdur. 28 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

 A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN