"Təzadlar"ın baş redaktoru Asif Mərzilinin "Azərbaycan ordusu erməni quldurlarının bazalarını belə məhv etdi" yazısı Türkiyənin https://anadoluyakasihaber.com saytında yayımlanıb...

Yazıda bildirilir ki, "...Ermənistanın hərbi-siyasi rəhbərliyinin əməllərinin nəticəsidir ki, Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı keçirdiyi antiterror əməliyyatı baş verdi… Və nəticədə terrorçulara məxsus hərbi avtomobil və komanda bazası, sursatlar və s. məhv edilib. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi dünən məlumat və görüntülər yayıb. Məlumatda qeyd olunur ki, Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları (PUA) Sarıbaba yüksəkliyi yaxınlığında erməni silahlılarına zərbə endirib. Bundan başqa daha bir əməliyyatla, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus şəxsi heyətlə dolu sığınacaq vurulub. Əməliyyat zamanı erməni silahlı dəstələrinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib. Həmçinin Azərbaycan ordusu Laçında anti-terror əməliyyatı keçirib, rayonun Sarıbaba, Əvəşti, Narinçilar kəndləri, Turşsu kəndi ətrafında Yumrudaş, Qovşaq qayalıqları şanlı ordumuzun nəzarətinə keçib...".

Yazıya Azərbaycan Müdafiə Nazirliyinin Laçın bölgəsində erməni quldurlarına qarşı həyata keçirdiyi antiterror əməliyyatını əks etdirən vidematerialı da əlavə edilib.

Xatırladırıq ki, Asif Mərzili "anadoluyakasihaber.com" saytının köşə yazarı və portalın Azərbaycandakı səlahiyyətli nümayəndəsidir.

JASMİN

 


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA