…Bu gün ata yurdu və evi Şuşada, məzarı Ağdamda yerləşən Xan qızı Xurşudbanu Natəvanın ad günü və 190 illik yubileyidir.

Bəli, Natəvanın ruhu şaddır ki, həm Şuşa, həm də Ağdam erməni siyasi-hərbi fırıldaqçı işğalçılardan azad edilib. Və Şuşada, Ağdamda «Bir kərə yüksələn bayraq bir daha enməz!».

***

Yeri gəlmişkən, tezadlar.az onu da xatırladır ki, Gəncə xanı Cavad xan sonuncu Qarabağ hakimi Mehdiqulu xanın dayısı idi. Mehdiqulu xanın anası Xurşudbəyim xanım Cavad xanın bacısı idi. Yəni Cavad xan İbrahimxəlil xanın qaynı idi.

Bunu da tarixi bilgilərimizi itiləmək və bərkitmək üçün yazmalı olduq…

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN