Bir neçə gündür millət vəkili Sevinc Fətəliyevanın adından təhqiramiz ifadələr yayaraq sosial şəbəkələrdə yersiz müzakirələr açılır... Hətta bu müzakirələrdə tanıdığımız, üzdə olan media mənsubları və sosial şəbəkə fəalları da var. Doğrudanmı insanların müzakirə etməyə ciddi mövzusu yoxdur? Sabiq millət vəkili Əflatun Amaşov da bu dediklərimə layiqli cavab verib: "...Buna nə deyəsən, nə ad verəsən! Söhbət Milli Məclisin deputatı Sevinc Fətəliyevanın adından onun dilə gətirmədiyi, yazmadığı fikirlərin yayılmasından gedir. Həqiqətən dəhşətdir, qorxuncdur, əsl mənəvi terrordur. Sanki kimlərsə oturub insanlarımızın əsəbləri ilə oynamaqla, cəmiyyətdə nüfuza və statusa malik şəxsləri insanların gözündən salmaqla məşğuldur. Hadisəyə başqa ad tapa bilmirəm. Çünki edilən hərəkət yalanın son dərəcə incə şəkildə düşünüldüyündən xəbər verir. Hesab edirəm ki, bu “əməlin” hədəfi yalnız Sevinc xanım deyil. Onun başına gələn hər birimizin başına gələ bilərdi. Məqsəd Azərbaycan adlı ölkədə ümumən deputat, məmur, bu və ya digər dərəcədə məsul vəzifə tutan şəxləri toplumun gözündən salmaq, onlara qarşı total antipatiya yaratmaqdır. Ən pisi isə odur ki, indiki durumda bu sayaq yalanlardan, qeyd etdiyim kimi, mənəvi terrordan heç birimiz, heç bir cəmiyyət üzvü, ictimai şəxs sığortalanmayıb. Ona görə də əlaqədar qurumlar dərhal hərəkətə keçərək aşkar cinayət əməlini həyata keçirənlərin dərhal cəzalandırılmasını təmin etməlidirlər".
Bəli, cəzasızlıq bəzən belə neqativ hallara gətirib çıxarır. Olmayan hadisəni və ya sözü kiminsə adına sırıyıb cəmiyyətdə narahatlıq yaratmaq yolverilməzdir!
Asif MƏRZİLİ 
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN