İtaliya penaltilərdə 3:2 hesabı ilə qalib gələrək Avropa çempionu olur.

01:40

İkinci əlavə olunmuş 15 dəqiqə də bitdi. Matçda penatilər seriyası olacaq.

Beləliklə, Avropa çempionu tarixdə ilk dəfə penaltilər seriyasında müəyyənləşəcək.

00:59

Matçın əsas hissəsi başa çatdı. Əlavə dəqiqələr oynanılacaq.

00:32

İtaliya yığması hesabı bərabərləşdirib.

Leonardo Bonuççi 67-ci dəqiqədə hesabı 1:1 edib.

00:08

Matçda ikinci hissə başladı.

23:51

Matçın birinci yarısı bitdi. İngiltərə fasiləyə üstün yollandı.

23:06

Final oyununda hesab açılıb. İngiltərə yığmasının və “Mançester Yunayted” klubunun futbolçusu Luk Şou ikinci dəqiqədə yığmada ilk qolunu vurub - 1:0. 

23:00

Avropa çempionatının final oyunu başladı.

22:08

Bu gün Avropa çempionatının final oyununda üz-üzə gələcək İtaliya və İngiltərə yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorenso, 3. Corco Kyellini (kap.), 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorenso İnsinye, 13. Emerson, 14. Federiko Kyeza, 17. Çiro İmmobile, 18. Nikolo Barella, 19. Leonardo Bonuççi

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lük Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (kap.), 10. Rəhim Sterlinq, 12. Kiran Trippye, 14. Kelvin Fillips, 19. Meyson Maunt

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN