Türkiyə Srebrenitsa soyqırımını - Avropanın və bütün bəşəriyyətin tarixində qara ləkəni ikinci plana atmağa imkan verməyəcək.

Trend xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan, Rusiya və Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nöqteyi-nəzərindən yaxınlaşması məsələsini şərh edərkən deyib.

"Türkiyə Srebrenitsa soyqırımını ikinci plana atmağa imkan verməyəcək- Bu soyqırım Avropanın və bütün bəşəriyyətin tarixində qara bir ləkədir. Keçən ay beynəlxalq məhkəmənin hərbi cinayət törətmiş Ratko Mladiç haqqında qəbul etdiyi qərar, əlbəttə ki, soyqırımın vurduğu ağrıları aradan qaldıra bilməz. Məhkəmənin qərarı da həlak olanları qaytarmayacaq, insanların qəlbindəki yaraları sağaltmayacaqdır. Lakin ədalət naminə qəbul edilmiş bu cür qərarlar soyqırım cinayətlərinin təkrarlanmasının qarşısının alınmasında mühüm rol oynaya bilər. Ədalət, Avropanın mərkəzində baş vermiş bu faciənin qurbanları və onların yaxınları qarşısında şərəfli borcdur. Bu baxımdan, keçmişi unutmaq olmaz, hisslərin zəkaya yiyələnməsinə imkan vermək olmaz, uşaqlarımızın gələcəyi üçün səy göstərmək lazımdır. Bütün siyasətçiləri zorakılığı, nifrəti və ayrı - seçkiliyi təşviq edən fikirlərə qarşı çıxmağa və ümumbəşəri dəyərlər ətrafında birləşməyə çağırıram", - deyə Ərdoğan bildirib.

Türkiyə lideri Bosniya və Herseqovinanın hər bir regionun sabitliyinin vacib olduğunu, Bosniya və Herseqovinanın sabitliyinin bütün Avropa, o cümlədən Balkan yarımadası üçün vacib olduğunu qeyd edib.

"Biz tarixən üzərimizə düşən məsuliyyəti birlikdə daşımalı, regionda sülhün təmin olunması üçün səy göstərməliyik", - deyə dövlət başçısı vurğulayıb.

Ərdoğan əlavə edib ki, Türkiyə Bosniya və Herseqovinanın və qardaş Bosniya xalqının yanında olub, yanındadır və yanında olacaq.

Srebrenitsa soyqırımı

11 iyul 1995-ci ildə Ratko Mladiçin komandanlığı altında Serbiyanın bölmələri BMT-nin "təhlükəsiz zona"elan etdiyi Srebrenitsa daxil olub.

Serbiyanın bölmələri qadınlar və uşaqlar da daxil olmaqla, ən azı, 8 372 silahsız müsəlmanı qəddarcasına qətlə yetirilib.

Öldürülən bosniyalılar kütləvi məzarlıqlarda dəfn edilmişdir.

BMT-nin Beynəlxalq Məhkəməsi 2007-ci ildə Srebrenitdəki hadisələri soyqırımı aktı kimi tanıyıb.

Qısa arayış:2 2 noyabr 2017-ci il tarixində Haaqada keçmiş Yuqoslaviyada (MTBY) hərbi cinayətlər üzrə Beynəlxalq Tribunal bosniyalı serblərin sabiq komandanı Ratko Mladiçi ömürlük həbs cəzasına məhkum edərək, onu insanlığa qarşı soyqırımı və cinayətlər törədilməsində günahkar hesab edib.

Cari ilin iyun ayının səkkizinci günü Beynəlxalq məhkəmə "bosniyalı qəssab" Ratko Mladiçə qarşı ömürlük həbs qərarı qüvvədə saxlayıb.

Haaqada tribunalın Apellyasiya Palatası Mladiçə hökmü təsdiqləyib.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN