"Bakı və Tbilisi arasında qardaşlaşma haqqında memorandumun imzalanması mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır”.

Tezadlar.az Gürcüstan KİV-lərinı istinadla xəbər verir ki, bu fikirləri Tbilisi meri Kaxa Kaladze Bakıya rəsmi səfər öncəsi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Tbilisinin qardaş şəhərlərinin hazırkı sayı 20 təşkil edir: “Bakı Tbilisinin 21-ci qardaş şəhəri olacaq. Bu, uzun əsrlər boyu Gürcüstan və Azərbaycan arasında mövcud olan münasibətlərin dərinləşdirilməsinə böyük töhfə verəcək, müxtəlif sahələr üzrə əlaqələrimizin daha maraqlı və dostsevər olmasına şərait yaradacaq”, - deyə K. Kaladze bildirib. Qeyd edək ki, Bakı və Tbilisi 1997-ci ildən tərəfdaş şəhərlərdir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN