Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa ərizəsi yazıb.

APA-nın xəbərinə görə, bu barədə “Vesti.ua” portalı “Xalqın xidmətçisi” fraksiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Ukrayna parlamenti iyulun 15-də keçiriləcək iclasda daxili işlər nazirinin istefa ərizəsinə baxacaq.

Ukrayna Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.

Qeyd edək ki, erməni əsilli Arsen Avakov 2014-cü ildən Ukraynanın daxili işlər naziridir.

Qısa arayış: Arsen Avakov milliyyətcə ermənidir, Bakıda anadan olub və daxili işlər naziri olandan sonra Ukrayna hakimiyyətində ən güclü fiqurlardan birinə çevrilib. Eyni zamanda yüz milyonlarla dollarlıq sərvət toplayıb.

"Fokus"un yazdığına görə, Arsen Avakov 385 milyon dollarlıq sərvətə malikdir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN