Bu gün Azərbaycan Diplomatik Akademiyasında bir aydır davam etmiş “Mediada islahatlara doğru” silsilə seminarlara yekun vurulması ilə bağlı möhtəşəm tədbir keçirildi.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə baş tutan “Mediada islahatlara doğru” silsilə seminarlarda 3 qrup üzrə ölkənin TV, radio, yazılı və elektron media rəhbərləri iştirak etmişdilər. Bu gün isə seminarların yekunu ilə bağlı ADA-nın böyük akt salonunda təntənəli bağlanış mərasimi keçirildi. “Mediada islahatlara doğru” silsilə seminarların yekununa dair ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Medianın İnkişafı Agentliyinin icraçı direkotru Əhməd İsmayılov,
ADA Universitetinin prorektor müavini, İxtisasartırma Proqramların rəhbəri Aygün Hacıyeva və ADA Universitetinin İctimai və Beynəlxlaq münasibətlər məktəbinin müəllimi Şəfəq Mehrəliyeva çıxış etdilər. Natiqlər seminarın müasir media siyasətinin inkişafında vacib rol oynayacağını qeyd etməklə, gələcəkdə bu məzmunlu layihələrin müntəzəm olaraq keçiriləcəyini bildirdilər.
Sonra seminar iştirakçılarının bir ay davamlı olmuş “Mediada islahatlara doğru” layihəsi ilə bağlı fikirlərini bildirdilər, arzu və təkliflərini söylədilər.
Nəhayət, “Mediada islahatlara doğru” silsilə seminarlarda fəal iştirak etmiş məzunlara Sertifikatlar təqdim edildi.
Xatırladırıq ki, seminarlarda fəal iştirakına görə Sertifikat alanlar sırasında "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili də vardı.
JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN