Rusiya Federal Təhlükəsizlik Xidməti Krım körpüsündə baş verən partlayışın təhqiqatı ilə bağlı rəsmi məlumat yayıb...

Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, məlumatla görə, ümumilikdə 8 nəfər saxlanılıb, təşkilatçı isə ruslara görə Baş Kəşfiyyat İdarəsi və onun rəhbəri Kirill Budanov olub. Sitat: “Krım körpüsündə partlayışla bağlı cinayət işi çərçivəsində cinayətin hazırlanmasında iştirak etmiş beş Rusiya, üç Ukrayna və Ermənistan vətəndaşı saxlanılıb”.
Bildirilir ki, FDX Rusiya Federasiyasının İstintaq Komitəsi ilə birlikdə Krım körpüsündə baş vermiş partlayışın “təşkilatçısı”nın Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov olduğu qənaətinə gəlib. Rusiya xüsusi xidmət orqanlarının məlumatına görə, partlayıcı qurğu ümumi çəkisi 22 tondan çox olan 22 altlıq üzərində polietilen plyonka ilə rulonlarda kamuflyaj edilib və avqustun əvvəlində Odessa limanından Bolqarıstan Rusesinə göndərilib. Yüklərin daşınmasında Ukrayna, Gürcüstan və bir Ermənistan vətəndaşı iştirak edib. FTX bildirir ki, Bolqarıstandan Poti limanına yüklərin daşınmasının təşkilində Gürcüstan vətəndaşı Sandro İnosaridze və Levan adlı makler, eləcə də Ermənistan vətəndaşı Artur Terçanyan (1985) iştirak edib. Həmçinin bu işdə Ukrayna vətəndaşları Mixail Vladimiroviç Tsyurkal (1975-ci il təvəllüdlü), Denis Oleqoviç Kovaç (1979) və Roman İvanoviç Solomko (1971) iştirak ediblər. 

Bəli, yenə də erməni əli belə bir terrorda üzə çıxdı... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN