Arzuman Əliyev: «Hörmətli Kamran müəllim, dələduzluq əməli törətmiş Məmmədzadə Sərraf Həbib oğlu və Əkbərov Aləm Qulu oğlu Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Nazim Rəşidovun sayəsində istintaqa cəlb edilmədilər. Niyə?»

«Təzadlar»a Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq edilmiş 130080238 nömrəli cinayət işi üzrə təqsirləndirilərək həbs olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilmiş, sonradan zərərçəkmiş N.Tahirova vəd verərək yaxın qohumları Məmmədzadə Sərraf Həbib oğlu və Əkbərov Aləm Qulu oğlu ilə birlikdə ələ keçirdikləri külli miqdarda pul vəsaitini qaytaracaqlarını bildirirərək zərərçəkmişin razılığını natorial qaydada alaraq həbsdən azad olunmuş, hazırda vətəndaşı olduğu Rusiyanın  Moskva şəhərində olan Əliyev Arzuman Isa oğlu tərəfindən Baş Prokuror Kamran Əliyevə ünvanlı video və yazılı müraciət göndərilmişdir.

Əliyev Arzuman İsa oğlunun Moskvadan redaksiyamıza göndərdiyi videomüraciətində deyilir:

Çox Hörmətli Kamran müəllim!

Bildirirəm ki, Məmmədzadə Sərraf Həbib oğlu, Əkbərov Aləm Qulu oğlu və mən Əliyev Arzuman Isa oğlu, iş adamı Tahirov Nazim Mirzəli oğlundan 2007-2008-ci illərdə dəmir borular alaraq əvvəllər pulu vaxtında ödəyərək onun etibarını qazanmışdıq. Sonra biznes fəaliyyətimizi genişləndirmək üçün SOCAR-ın sabiq Prezidenti Rövnəq Abdullayevin bacanağı, SOCAR-ın Baş Təchizat İdarəsinin rəisi Mehman Əkbərovun şəriki Sərraf Məmmədzadənin dəstəyi ilə (o, fəaliyyəti dayandırılmış «Azoilkomplekt» ASC-nin təsiscisi idi. ASC-nin icraçı direktoru isə Abbas adlı şəxsdir) 2008-ci ilin avqust ayının  14, 16 və 17-də Rusiya Federasiyasının Nijeqorodskiy vilayətinin Vıksa şəhərindəki metallurgiya zavodundan 965 ton 689 kq həcmdə (diametri 530x12 mm) dəmir boruların «Kristal-R» MMC vasitəsilə Azərbaycana gətirilməsinə nail olunmuşdur. Səmimi etiraf edirəm ki, məhz Sərraf Məmmədzadənin təhriki və planı əsasında həmin dəmir boruları Dövlət Neft Şirkətinə sataraq bir tonunun qiyməti 2.180 manatdan olmaqla, cəmi 2.105.202 ABŞ dollarını Nazim Tahirova ödəyəcəyimiz barədə barədə yalandan vədlər verilmişdir. Biz həmin boruları təhvil alıb SOCAR-a satsaq da, N.Tahirova hissə-hissə cəmi 1.135.202 ABŞ dollarını 2008-ci ilin payız aylarında ödəməklə, ümumi məbləğdən qalan 970.000 ABŞ dollarını, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 790.647 manat pulunu ələ keçirib Nazim Tahirova külli miqdarda ziyan vurmuş, beləliklə, Sərraf Məmmədzadənin başçılığı əsasında təkrar dələduzluq edilmişdir.

Bildirirəm ki, bütün bunlardan sonra Nazim Tahirov məcbur olub Məmmədzadə Sərraf Həbib oğlu, Əkbərov Aləm Qulu oğlu və mən Əliyev Arzuman İsa oğlundan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə şikayət vermişdir. Baş İdarənin İstintaq İdarəsində istintaq edilmiş 130080238 nömrəli cinayət işi üzrə hər üçümüz təqsirləndirilən şəxs qiysmində istintaqa cəlb edilsək də, sonradan müəmmalı səbəbdən Məmmədzadə Sərraf Həbib oğlu və Əkbərov Aləm Qulu oğlunun (SOCAR-ın Baş Təchizat İdarəsinin rəisi olmuş Mehman Əkbərovun qardaşı) barəsində aparılan istintaq hərəkətlərinə müstəntiq Nazim Rəşidov  tərəfindən xitam verilmişdir Yalnız istintaq edilən materiallar üzrə mənə ittiham elan olunaraq barəmdə həbs qətimkan tədbiri seçilmişdir, istintaq aparılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mən 11 il müddətinə azadlıqdan məhrum edilmişəm. Zərərçəkmiş N.Tahirova söz verilmişdi ki, vurulmuş ziyanı ödəniləcək, o, barəmdə olan hökmdən bəraət almağıma kömək etsin. N.Tahirov razılaşdı, Məmmədzadə Sərraf Həbib oğlu başda olmaqla, biz ona yalan vəd verərək həmin maddi vəsaitin guya artıq ödənilməsi barədə ondan yazılı ərizə alaraq məhkəməyə təqdim etdik və mən məhkəmə zalından bəraət alaraq azad olundum. Hazırda Moskva şəhərindəyəm. Lakin mənim vicdanım yol vermir ki, Nazim Tahirovu aldadaraq onun külli miqdarda pul vəsaiti mənimsənilsin. Bunu Allah da götürməz.  

Lakin çox təəssüflər olsun, istintaq dövründə Məmmədzadə Sərraf Həbib oğlu və Əkbərov Aləm Qulu oğlu həm də mənə qarşı çirkin niyyətlərini həyata keçirmişdilər. Onlar mən şəriklərinə qarşı dələduzluq edərək aldatdılar  ki, bütün cinayət əməlini boynuma götürüm ki, onlar həbs edilməsin, azadlıqda qalıb bütün ziyanı ödəyərək məni həbsdən buraxdırsınlar. SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin bacanağı və 17 il SOCAR-ın Baş Təchizat İdarəsinin rəisi olmuş Mehman Əkbərovla şərik olan Məmmədzadə Sərraf Həbib oğlu və Əkbərov Aləm Qulu oğlu müstəntiq Nazim Rəşidovun sayəsində istintaqa cəlb edilmədilər. Onlar Nazim Tahirova borclu olduqları vəsaiti ödəmədən Türkiyəyə qaçıb orada biznes fəaliyyətlərini indiyədək də davam etdirirlər. Bunu görən N.Tahirov yenidən Ali Məhkəməyə müraciət edərək sübutlarını ortaya qoyub mənim barəmdə  çıxarılmış bəraət hökmünün dəyişdirilərək istintaqın təzələnməsini xahiş etmişdir. Nəticədə, məhkəmənin və istintaq orqanının müvafiq qərarları ilə barəmdə yenidən əvvəl törətdiyimiz əməlin sanksiyasına uyğun cinayət işi təzələnmiş, barəmdə İnterpol xətti ilə beynəlxalq axtarış verilmişdir.

Hörmətli Kamran müəllim!

Sizə etdiyim videomüraciətimdə də (əlavə olunur) bir daha bildirirəm ki, bütün bu dələduzluq  cinayətinin başında Türkiyədə gizlənmiş Məmmədzadə Sərraf Həbib oğlu dayanır. Niyə onların yalan vədlərinin, dələduzluq əməlinin qurbanı olmalıyam??? Mənim günahım nədir ki, müstəntiq Nazim Rəşidov mənə məlum olan səbəblərdən, özü yaxşı bilir, onları istintaqa cəlb etmədi? 05 noyabr 2015-ci il tarixdə müstəntiq Nazim Rəşidov tərəfindən ibtidai istintaq zamanı mən təqsirləndirilən şəxs kimi Tahirov Nazim Mirzə oğluna qarşı dələduzluq cinayəti törətmiş oluram, bu xüsusat üzrə isə əsassız olaraq Məmmədzadə Sərraf Həbib oğlu və Əkbərov Aləm Qulu oğlunun barəsində Azərbaycan Repsbulikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması müstəntiq tərəfindən rədd edilmişdir. Sonra mənə tələ quranların planı baş tutmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli hökmü ilə mən Azərbaycan Repsbulikası CM-nin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasma məhkum edilmişəm. 

 Bakı Apellyasiya Məhkəməsinin 29 iyun 2017-ci il tarixü, 1(103)-106/2017 saylı qərarı ilə də apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli hökmü dəyişdirilmiş və mənim təqsirli bilindiyim Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin olunmuş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 62.1-ci maddəsi tətbiq olunmaqla cəzasının müddəti 02 (iki) il 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, barəmdə seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişəm. Lakin Məmmədzadə Sərraf Həbib oğlu və Əkbərov Aləm Qulu oğlu dələduzluq cinayəti törətdiyi halda, onların istintaqdan yayınmaları mənə baha başa gəldi. Onların günahı üzündən belə çıxdı ki, mən də verdiyim vədə əməl etmədim və zərərçəkmiş Tahirov Nazim Mirzəli oğluna qarşı təkrar dələduzluq cinayəti törətmişəm. Odur ki, N.Tahirov tərəfmdən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli, 1(102)-1030/2018 nömrəli qərarı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 29 iyun 2017-ci il tarixli, 1(103) 106/2017 saylı qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 1(103)-1601/2018 saylı qərarı ilə mən-Əliyev Arzuman İsa oğlunun barəsində həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış elan edilmişdir.

Hörmətli Kamran müəllim!

Qeyd olunan dələduzluq cinayəti ilə bağlı xüsusat üzrə Məmmədzadə Sərraf Həbib oğlu və Əkbərov Aləm Qulu oğlunun qabaqcadan əlbir olub məlum dələduzluq əməli törətmələrinə dair kifayət qədər sübutların olmasına baxmayaraq (mənim istintaqda müstəntiq Nazim Rəcəbova verdiyim ifadələr bunu sübut edir) ibtidai istintaq zamanı həmin şəxslərin əməllərinə obyektiv hüquqi qiymət verilməmişdir. Nəticədə müstəntiq N.Rəşidovun 05 noyabr 2015-ci il tarixli qərarı ilə onların barəsində CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması əsassız olaraq rədd edilmişdir. Şərh olunanlara istinadən, müstəntiq Nazim Rəşidov tərəfindən qəbul olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət təqibinə xitam verilməsi haqqında» 05.11.2015-ci il tarixli qərarın 19-cu bəndinin (Məmmədzadə Sərraf Həbib oğlu və Əkbərov Aləm Qulu oğluna aid hissədə) ləğv edilməsini və həmin şəxslərin barəsində qanunamüvafıq araşdırma aparılmasını Sizdən xahiş edirəm.

Sonda onu da əlavə edim ki, vaxtilə SOCAR prezidenti Rövnəq Abdullayevin bacanağı, 17 il SOCAR-ın Baş Təhcizat İdarəsinin rəisi olmuş  Mehman Əkbərovla şərikli iş quran, Nazim Tahirova məxsus metal boruları ələ keçirərək  SOCAR-a baha qiymətə satan Məmmədzadə Sərraf Həbib oğlu və Əkbərov Aləm Qulu oğlu o vaxtından Türkiyəyə daşıdıqları milyonların hesabına bizneslə məşğuldurlar. Mən Sizə Sərraf Həbib oğlu Məmmədzadənin və Əkbərov Aləm Qulu oğlunun Azərbaycandakı və Türkiyədəki əmlaklarının siyahısını təqdim edirəm:

1.MATRIX GROUP ENERJiMAKINA GAYRIMENKUL PAZ.VE TiC.LTD.ŞTI.

Vergi No : 6130741606 – 100% Sərraf məmmədzadəyə aiddir.  o şirkətin üzərində olan əmlaklar.

2.ISTANBUL ATASEHIR, MERKEZ/MERKEZ,  KÜÇÜKBAKKALKÖY Mah. GÜNBATIMI Sok. 8/1, TEMEL DAHIL 8 KAT PAFTA 231 PARSEL 7 İŞ MERKEZİ

20 000 000 tl

3.ISTANBUL BAKIRKÖY MERKEZ/MERKEZ OSMANIYE Mah. ÇAGLAR Sok.  KAPI NUMARASI 2-4,  Site Ad: İNCİRLİ KONAKLARI,   DAİRE 4 PAFTA 73 PARSEL 1

2 500 000tl

4.ISTANBUL ÜMRANIYE MERKEZ/MERKEZ  SERIFALI Mah. BEYIT Sok. 7 TEMEL DAHIL 6 KAT PAFTA 17 PARSEL 3224 İŞ MERKEZİ

12 000 000tl

5.ISTANBUL SARIYER  MERKEZ/MERKEZ  AYAZAGA Mah.  215. Sok.  Site Ad: VADISTANBUL TERAS, KAPI  NUMARASI 4-4,  4.BLOK   DAİRE 53 PAFTA f21c15c4d,  PARSEL  5 4 250 000tl

6.ISTANBUL SARIYER  MERKEZ/MERKEZ  AYAZAGA Mah.  215. Sok.  Site Ad: VADISTANBUL TERAS,  KAPI  NUMARASI 4-4,  4.BLOK   DAİRE 30 PAFTA f21c15c4d,  PARSEL 5 2 500 000tl

7.ISTANBUL SARIYER  MERKEZ/MERKEZ  AYAZAGA Mah.  215. Sok.  Site Ad: VADISTANBUL TERAS,  KAPI  NUMARASI 4-1,1.BLOK   DAİRE 66 PAFTA f21c15c4d,  PARSEL- 5 2 000 000tl

8.Sakarya Karasu Yenimahalle ilukgölü Pafta 21K3A  Parsel 4 Karasu limanı ahşap depose ve mobilya fabrikası 20 000 000 tl

9.Azərbaycan, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi,  ev 25A ünvanında yerləşən və reystr nömrəsi 0090110Q1883-06301 olan beş mərtəbəli bina

Bazar qiyməti 4 000 000 AZN

10.Azərbaycan,  Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi ev 30,  mənzil 12 Bazar qiyməti 2 000 000 AZN

10.Azərbaycan, Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi 2527-ci məhəllə, 32A (Sərraf Məmədzadənin ixtiyarında olan (sərancamvermə hüququ olan)  bölmələrin (qeyri-yaşayış sahəsi, zirzəmi və mənzillər) bazar qiyməti-4 000 000 AZN

11.Azəırbaycan, aBşeron rayOnu, zirə sovxozu, İnkubator komlekSi

Bazar qiyməti – 2 000 000 azn

 12.Azərbaycan, Bakı şəhəri,  28 may küçəsi-33, «Piramida» plazadakı  saxlama ilə  “svidaya” mənzili  (saxlamaya bağışlanan  2 mənzildən başqa-1 ədəd həmin «piramida» plazada, biri karate federasiyasının yanında) Bazar qiyməti - 500 000 AZN

13.Gənclik AVM-in qarşısındakı mənzil, oradakı gözəllik salonu,  “ferrari” salonun üstündəki iki ədəd mənzil HAMISI BİR YERDƏ – 10 000 000 AZN

14.diğgər kiçik daşınmaz əmlaklar və qiymətli əşyalar (2 ədət super lux avtomobil bakıda, 2 ədət istanbulda, 1 ədət xyustonda)

HAMISI BİR YERDƏ –  5  000 000 AZN

(Cəmi fəaliyyəti dayandırılmış «Azoilkomplekt» ASC-nin təsiscisi Sərraf Məmmədzadənin  əmlakının bazar qiyməti: 25 905 172 ABŞ dollarıdır (Abbas adlı şəxs isə icraçı direktor olub).

Soruşmaq lazımdır ki, Sərraf Məmmədzadənin bu qədər varidatı haradandır? O, «Matrix» şirkətini necə yaradıb, inkubator kompleksinin avadanlığının pulu nəyə görə «Rikas» şirkətinə ikiqat olaraq keçirilirdi, SOCAR-la tenderlərdə də «Rikas» şirkəti Sərraf Məmmədzadənin, icraçı direktor Abbasın, Ayselin şirkəti olaraq iştirak edirdi. Araşdırılmalıdır ki, «Matrix» MMC-nin əvvəl təsisçisi kimlər olub və Azərbaycanda oğurlanan pullar Türkiyəyə necə gedib çıxıb?

 Hörmətli Kamran müəllim!

Bir daha xahiş edirəm, aidiyyəti üzrə tapşırıq verəsiniz, Məmmədzadə Sərraf Həbib oğlu və Əkbərov Aləm Qulu oğlunun barəsində araşdırma aparılsın, yuxarıda qeyd etdiyim cinayət işi üzrə onların istintaqa cəlb edilməsi təmin olunsun. Bütün maddi sübutları təqdim etməyə hazıram.

Redaksiyadan: Əliyev Arzuman İsa oğlu bizə yazdığı məktubunda da bizdən xahiş etdi ki, onun videomüraciətini və şikayət ərizəsini ictimailəşdirək. Müraciət nəzarətimizdədir, əlavə məlumat veriləcək. Eləcə də şikayətçinin xahişi ilə Türkiyə Ədliyyə və Daxili İşlər Nazirliklərinə də tərəfimizdən müraciət ediləcək, məktub göndəriləcək.

Müraciətdə adları çəkilən Məmmədzadə Sərraf Həbib oğlu və Əkbərov Aləm Qulu oğlunun da mövqeyini dinləməyə hazırıq.

«Təzadlar»ın Araşdırma Qrupu

  

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN