booked.netbooked.net booked.net  

Meyvələrin topdansatış bazalarındakı qaz vurub qazan doldurmaq istəyənlər soyuducu kameraların rejimini düzgün seçmədiklərindən alınan meyvə bir gün sonra zir-zibilə dönür, çürüyüb məhv olur…

Gəlirik mətləbə: Bakı şəhər sakini Mahmud Nəcəfov şəkildə və videoda gördüyünüz bir «yeşik» çürümüş meyvəni bu gün «Təzadlar»a gətirdi… Məlum olur ki, təxminən 10-12 kq-lıq meyvəni Bakının Nizami rayonundakı meyvələrin topdansatış bazarından 15 manata alıb. Deyir: «Pərakəndəsatışda şaftalının kq-ı 1,80-2,50 manat olduğunu görüb düşündüm ki, elə topdansatışdan alım. Odur ki, şaftalını alıb evə gətirdim, mürəbbə bişirmək niyyəti ilə bir az soyuq qalsın deyə pəncərəmizin çöl hissəsində eyvana qoyduq. Səhər açılanda meyvəni bu halda gördük. Meyvə ticarəti ilə məşğul olan tanışlardan sruşdum, məlum oldu ki, adı çəkilən bazara gətirilən meyvələrin böyük hissəsi, xüsusən də yaylıq meyvələr, hamısı Lökbatandakı Meyvəli Bazarın soyuducu anbarlarından gətirilir. Temperatur rejimi düzgün seçilmədiyindən myevələr dondurulmuş vəziyyətdə olur və açıq hava şəraitində də gördüyünüz vəziyyətdə olur, dərhal çürüntüyə çevrilir…».

 Alıcıları aldadanları başa düşdük, bəs bu sahəyə nəzarət edən qurumlar harda qalıb?

  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı «Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi» hazırlanmışdır. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili əsasında Strateji Yol Xəritəsi hazırlanmışdır. Və buna uyğun olaraq aidiyyəti dövlət qurumlarına, xüsusən də Kənd Təsərrüfatı Nazirliyinə müvafiq tapşırıqlar verilmişdir. Nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesi sahələrində mövcud vəziyyət müvafiq dövlət orqanlarının, tədqiqat mərkəzlərinin və müstəqil ekspertlərin iştirakı ilə sistemli və əhatəli şəkildə təhlil olunmuşdur.

Onu da xatırladaq ki, Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub. Bu da kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olmasını ifadə edir.

Ən maraqlısı, Strateji Yol Xəritəsinin 2016-2020-ci illər ərzində həyata keçirilməsi hesabına ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılmasına nail olmaq baxımından əlverişli mühitin yaradılması üçün 9 strateji hədəfin reallaşdırılması nəzərdə tutulmuşdu. Rəsmi qaynaqlardan əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, «…bu strateji hədəflər ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və müvafiq resurslara, o cümlədən maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsində elmi təminatın və təhsilin keyfiyyətinin yüksəldilməsi və məsləhət-informasiya xidmətləri sisteminin inkişaf etdirilməsi, bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılması…» və sair məsələləri  əhatə edib. Və deməli, sahədə həm qiymət, həm də keyfiyyət sahəsində böyük irəliləyişlər əldə olunub.

Biz də inanırıq ki, belədir. Amma həm də ianmaqda şübhələrimiz var ki, elə deyil. Məsələn, İqtisadiyyat Nazirliyi yanında İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti vardır. Niyə bu dövlət qurumu kənd təsərrüfatı məhsullarının topdan və pərakəndəsatış məntəqələrinə nəzarət etmir, yaxud edə bilmir? Edilsəydi, ən azı yuxarıda sadalanan fakt-soyuducu bazalarda donudurularaq zay edilmiş, lakin alıcılara satılması təmin olunmuş  meyvələrdən şikayətlər də olmazdı… Bəlkə bundan, yəni bu faktdan sonra topdansatış bazalarındakı soyuducu anbarlara nəzarət edilsin. Axı hər bir meyvənin özünün soyuducuda saxlanılması üçün öz temperatur rejimi var. Xiyarın, pomidorun öz, şaftalının, əriyin, armudun, almanın da öz… Nəzarətsizlikdən və səhlənkarlıqdan çıxan zərər isə istehlakçıya dəyir…

İnanıprıq ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bu istiqamətdə də araşdırma apararaq lazımi tədbirlər görüləcək. 

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN