Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya hökuməti sədrinin keçmiş birinci müavini Andrey Belousovun müdafiə naziri vəzifəsinə təyin edilməsini təklif edib,
Federasiya Şurasının mətbuat xidməti xəbər verir. Prezident həmçinin Sergey Şoyqunun Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzalayıb. Federasiya Şurası federal nazirlik və idarələrin rəhbərləri vəzifələrinə Vladimir Putinin təklif etdiyi namizədləri qəbul edib.
- Vladimir Kolokoltsev Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsinə;
- Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsinə Aleksandr Kurenkov;
- Sergey Lavrov Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə;
- Ədliyyə Nazirliyinin rəhbəri vəzifəsinə Konstantin Çuyçenko;
- Sergey Narışkin Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru vəzifəsinə;
- FSB-nin direktoru vəzifəsinə Aleksandra Bortnikov;
- Viktor Zolotov Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin direktoru vəzifəsinə;
- Dmitri Koçnev FSO direktoru vəzifəsinə;
- Alexander Lints Prezidentin Xüsusi Proqramlar Baş İdarəsinin rəisi vəzifəsinə.
Müdafiə naziri Sergey Şoyqu Vladimir Putinin fərmanı ilə Təhlükəsizlik Şurasının katibi təyin edilib, prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
"Təhlükəsizlik Şurasının hazırkı katibi Nikolay Patruşev başqa işə keçməsi ilə əlaqədar katiblik vəzifəsindən azad edilib", - Peskov bildirib.
Görünür, Ukrayna cəbhəsində baş verənlər Putini qane etmədiyindən bu dəfə ordunu Şoyquya etibar etmədi...
A.Məmmədli