"Təzadlar"ın baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzilinin Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın Zəngilana səfəri və oradakı çıxışında ATƏT-in missiyasını tənqid etməsi barədə xəbəri Türkiyənin anadoluyakasihaber.com saytında yayımlanıb...

"Türkiyə Prezidenti ATƏT-i belə tənqid etdi" başlıqlı yazıda deyilir: "Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Zəngilanda olanda buradakı erməni vandalizminin izlərini görüb çox məyyus oldu… Sayın Prezident Xocalıda törədilənləri, Ağdamda Qarağacı məzarlığındakı erməni goreşənliyini görsəydi daha çox dəhşətə gələrdi yəqinki… Ona görə də bu dəhşətləri görüb Ermənistanın necə bir çürük, qeyri-insani quruluş olduğunu bildiyi halda, 30 il ərzində işğalçıya qarşı tədbir görməli olan ATƏT, Avropa İttifaqı… bu bölgəyə zamanında gəlmədi. Niyə? Bu nə ayrı-seçkilik idi? Səbəbini Türkiyə Prezidenti R.T.Ərdoğan Zəngilanda səfərdə olarkən çox gözəl təsvir etdi. Sitat: “Mən Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər”.
Bəli, ATƏT-in də, Avropa İttifaqının da, ATƏT-in saxta Minsk Qrupunun da gözü kor, qulağı kar… oldu, Qarabağdakı dəhşətləri görmədilər… Və onların 30 il ərzində görməli olduğunu Azərbaycan Ordusu 2020-ci ilin payızında 44 günə gördü… Gördü və dünyaya göstərdi ki, Azərbaycanın, Ali Baş Komandan İlham Əliyev demiş, səbri tükənməz deyildi və tükəndi, dünyaya kimliyini sübut etdi…
Yaşasın, Azərbaycan-Türkiyə qardaşlığı!!!" (https://anadoluyakasihaber.com/turkiy%c9%99-prezidenti-at%c9%99t-i-bel%c9%99-t%c9%99nqid-etdi.html)
***
Xatırladırıq ki, Asif Mərzili həm də anadoluyakasihaber.com saytının köşə yazarıdır. Saytda Türkiyədə media və siyasətdə tanınan imza sahibləri təmsil olunub. 
Elçin MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN