...AZAL-ın tarixi tərifini təxminən 20 il əvvəl "Təzadlar" vermişdi...

O vaxtlar Prezident Heydər Əliyev müşavirədə AZAL-lla bağlı məsələni müzakirə edən zaman "teleşka" məsələsini də dilə gətirmişdi. Və Prezident bu məsələdə sərt danışaraq demişdi ki, "Cahangir Əsgərov, mənə dedilər ki, burada teleşkalardan da xeyli vəsait yığılır..." və s. Ardını hamı bilir. O vaxt "Təzadlar" yazmışdı: "AZAL"- AZ AL!

İndi məlum olur ki, AZAL rəhbərliyinin az almaqla arası yoxdur, bu bir vərdişdir, xəstəlikdir. Belə ki, bu gün Moskvaya uçan sosial şəbəkə istifadəçilərindən biri yazır: "...AZAL Rusiyaya gedən Azərbaycan vətəndaşlarından PCR testi tələb edir. Yoxdusa, tez "Buta" klinikasının xanım əməkdaşı gəlir və 120 AZN-ə operativ nümunə götürüb 20 dəqiqəyə cavab verir... Halbuki, Rusiyada bu testi verib-vermədiyimizi heeeç kim soruşmur. Sağ ol AZAL, qeydimizə qalırsan. Deyirlər ki, sizi belə buraxsaq, sonra AZAL-ı cərimə edərlər axı. Allah, onun Bığına şükür!".

Gerçəkdən, vətəndaş Rusiyaya uçuş üçün 300-500 manat biletə pul verir, sonra hələ bir ondan Rusiyada tələb edilməyən PCR testinə görə 120 manat əlavə pul da tuturlar. Həqiqətən də, Bığına Şükür, AZAL!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN