Ukraynan ordusu Luqansk vilayətinin Makeyevka kəndi ətrafında rus taboruna qəfil hücumu nəticəsində Voronejdən səfərbər edilmiş ruslardan ibarət bir tabor məhv edilib. 

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Rusiyanın “Vyorstka” nəşrinə əraziyə səfərbər edilənlərin qohumları və sağ qalan hərbçi bildirib. Ukrayna Silahlı Qüvvələrinin açdığı atəşdən sonra sağ qalan rusiyalı hərbçi Aleksey Aqafonov onun taborundan 500-dən çox insanın öldüyünü açıqlayıb. Belə ki, komandir əvvəlcə onları cəbhə xəttinin 15 kilometrliyində “ərazi müdafiəsi”nə qoşulmalı olduqları Svatovo rayonuna göndərəcəyini vəd edib. Amma noyabrın 1-dən 2-nə keçən gecə bütün tabor qoşunların təmas xəttinə gətirilib və “müdafiə xəttini qazıb saxlamaq” əmri verilib. Nəticədə dəhşətli hadisə baş verib. Sitat: “Bizə dedilər ki, qazın, tabora üç kürək var idi, ümumiyyətlə heç bir təminat yox idi. Bacardıqca qazdıq və səhərə sarı atəş başladı - artilleriya, “Qrad”lar, minaatanlar, kopterlər, bizi sadəcə güllələyirdilər. Hər şey başlayanda zabitlər dərhal qaçdılar. Atəşlər arasındakı fasilələrdə qazmağa çalışdıq, lakin kopterlər bizi dərhal müəyyən etdi və sadəcə güllələndi. 570 nəfərdən 29-u salamatdır, 12 nəfər yaralanıb, qalan hamı ölüb”.

A.Aqafonov bildirib ki, Rusiyada xeyli sayda səfərbər olunan “müdafiədəki boşluqları aradan qaldırmaq” üçün Svatovoya gətirilir. Onun sözlərinə görə, Ukrayna qoşunları səfərbər olunan rusiyalıların olduğu bütün ərazini artıq təmizləyib.Çox sayda itkilərin olmasına dair məlumatı məlumatı sağ qalan hərbçilərin arvadları da təsdiqləyir.! Bir hərbçinin həyat yoldaşı isə deyib:  "Səhər başqasının nömrəsindən mənə zəng edib nə baş verdiyini dedi, onları müdafiə xəttini qazmağa atıblar, minaatanlardan atəşə tutulublar. İndi onlar harasa getməyə qorxur, hətta blokposta belə getməyə qorxurlar. Rəhbərlik onları atıb və onlar nə edəcəklərini bilmirlər, sadəcə kömək istəyirlər”. Qadın bildirib ki, dünən noyabrın 5-də səfərbər olunanların qohumları Voronej prokurorluğunun binası yaxınlığında toplaşaraq onlara yaxınları haqqında məlumat verməyi tələb ediblər.

Rusiya Müdafiə Nazirliyindən isə bu faciəli sonluqla bağlı hələki rəsmi açıqlama verilmir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN